‘Xəbərlər’
Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursu başladı
02.11.2019 tarixində institutumuzda başlayan növbəti kurs Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərovun təqdimatında Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursu oldu. Kursda Bakı məktəbləri ilə yanaşı, ölkəmizin digər şəhər və rayon məktəblərinin psixoloqları da iştirak etdilər. Arzuolunan kursun tədrisi üçün Elxan müəllimə təşəkkürümüzü bildirir, bütün iştirakçılara uğurlar arzu edirik.
Klinik Psixologiya Kursu başladı
02.11.2019 tarixində institutumuzda Klinik Psixologiya Kursu başladı. Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramına əsaslanaraq hazırlanmışdır. Kursun ilk modulunda Nərmin xanım iştirakçılara klinik psixologiyanın tarixi, diaqnoz kriteriyalarını müəyyənləşdirən kitablar, pataloji davranışlar, klinik psixologiyada tədqiqat üzrə yanaşmalar, hipotezlərin qoyulması və yoxlanılması və s. haqqında… Ətraflı
ÜMUMİ PSİXOLOGİYA KURSU-nun ll modulu
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis, həkim-psixoterapevt Aydan Xasməmmədzadənin tədris etdiyi ÜMUMİ PSİXOLOGİYA KURSU-nun ll modulu 29.10.2019 tarixində baş tutdu.
Loqopediya Kursunun ikinci modulu
Koqnitiv Bihevioral Terapiya Kursunun 5-ci modulu
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya Kursunun 5-ci modulu 26.10.2019 tarixində baş tutdu.
“ŞƏXSİYYƏT TİPLƏRİ VƏ ŞƏXSİYYƏT POZUNTULARI” təlimi
Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi “ŞƏXSİYYƏT TİPLƏRİ VƏ ŞƏXSİYYƏT POZUNTULARI” təliminə dəvət edir. Təlim Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında, 11 Noyabr 2019 tarixində, saat 12:00-15:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq. Təlimin sonunda iştirak edən hər kəsə SERTİFİKAT təqdim ediləcək. Seminarda iştirak ödənişlidir. Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəsi: 070 268… Ətraflı
ÜMUMİ PSİXOLOGİYA KURSU start götürdü
22.10.2019 tarixində institutumuzda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin təqdimatında ÜMUMİ PSİXOLOGİYA KURSU start götürdü. Aydan xanım ilk dərsdə kurs iştirakçılarına psixologiyanın bir elm kimi formalaşması və inkişafı, məqsədi, metodologiyası haqqında məlumat verdi, psixologiya elminin əsas müddəaları haqqında… Ətraflı
GECƏ KABUSLARI
Hər bir insan həyatında heç olmasa bir dəfə yuxuda kabus görüb. Kabuslar fərqli olur: qorxulu, dəhşətli, soyuq tər ilə, bərk ürək döyüntüsü və baş ağrısı ilə. Üstəlik əgər düşünsək, kabus görmək üçün heç bir şərtin olmadığını görərik. Bəs bu belədir? Uzaq keçmişdə Zigmund Freud ilk yuxuları şərh etmək istəyənlərdən olub. Onun nəzəriyyəsi sübut edir ki,… Ətraflı
Koqnitiv Bihevioral Terapiya Kursunun IV modulu
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin tədris etdiyi Koqnitiv Bihevioral Terapiya Kursunun 19.10.2019 tarixində baş tutan lV modulundan görüntüləri sizə təqdim edirik. İnteraktiv keçən, qarşılıqlı müzakirələrlə davam edən növbəti dərs üçün Aydan xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modulda görüşmək… Ətraflı