ÜMUMİ PSİXOLOGİYA KURSU start götürdü

IMG_20191022_110423
22.10.2019 tarixində institutumuzda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin təqdimatında ÜMUMİ PSİXOLOGİYA KURSU start götürdü. Aydan xanım ilk dərsdə kurs iştirakçılarına psixologiyanın bir elm kimi formalaşması və inkişafı,  məqsədi, metodologiyası haqqında məlumat verdi, psixologiya elminin əsas müddəaları haqqında ətraflı izah verdi, iştirakçıların suallarını cavablandırdı.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, iştirakçılar tərəfindən rəğbətlə qarşılanan ilk dərs üçün Aydan xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarımıza  növbəti modulda görüşmək ümidilə uğurlar arzu edirik.
Məlumat üçün bildirək ki, Ümumi Psixologiya Kursunun növbəti modulu 29.10.2019 tarixində saat 10:00-13:00-da baş tutacaq. Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mobil/what’s App).
Share to Odnoklassniki