GECƏ KABUSLARI

IMG-20191022-WA0010
Hər bir insan həyatında heç olmasa bir dəfə yuxuda kabus görüb. Kabuslar fərqli olur: qorxulu, dəhşətli, soyuq tər ilə, bərk ürək döyüntüsü və baş ağrısı ilə. Üstəlik əgər düşünsək, kabus görmək üçün heç bir şərtin olmadığını görərik. Bəs bu belədir?
Uzaq keçmişdə Zigmund Freud ilk yuxuları şərh etmək istəyənlərdən olub. Onun nəzəriyyəsi sübut edir ki, yuxular insanın bilincsiz şüuruna göndərilən kodlaşdırılmış siqnallardır.
Tez yuxu mərhələsində yaşanan mənfi emosiyalar oyanmağa səbəb ola bilər. Bir kabus səbəbiylə siz qəfildən yatağınızdan atlaya bilərsiniz və daha yuxuya gedə bilməzsiniz və ya yenidən yuxuya getməzdən əvvəl qismən oyanıb, qorxunu hiss edib və hətta bunun sadəcə bir yuxu olduğunu başa düşüb, sakitləşib yata bilərsiniz.
Bu gün bütün kabuslar bir qrupda birləşdirilir: şüur və bilincaltı. İnsan bilincaltısı maddi və şüura ötürülən müəyyən bir enerjini istehsal edir. Şüur isə, öz növbəsində, materialdan əldə edilən obrazları cəmləşdirir və insanın yaddaş hüceyrəsinə yazır.
Kabusların yaranma səbəbləri.
Kabuslar bir insanın ciddi problemlərinin olduğunu bildirən ciddi bir simptomdur. Ən qorxulusu – təkrarlanan kabuslardır. Zamanla eyni ssenari ilə bir yuxu görürsünüzsə, bu, ciddi problem var deməkdir.
Ümumiyyətlə, kabuslar bir sıra psixi (stresli vəziyyətlər, psixi xəsarətlər və s.) və fiziki sağlamlıq problemləri ilə əlaqələndirilə bilər. Onlar həm digər xəstəliklərin simptomu ola bilər, həm də sağlamlığın pisləşməsinə kömək edə bilər.
Kabusları görməmək üçün nə etmək lazımdır?
Hətta ən çətin və obsessiv yuxulardan qurtulmaq mümkündür, lakin onların yaranma səbəblərini tapmalısınız, bunun üçün hazır olun. Kök səbəbləri ilə işlədikdən sonra kabuslar çox güman ki yox olacaq.
- Təkrarlanan kabuslarla mübarizə aparmağın ən yaxşı yolu zehni görüntüləri məşq etmək üsuludur (İmagery Rehearsal Therapy) – qorxularınızı idarə etməyə kömək edən koqnitiv-davranış terapiyasının növlərindən biridir. Tapşırıq odur ki, yuxunun məzmununu mümkün qədər aydın və ətraflı şəkildə təqdim etmək və sonra yeni, daha pozitiv inkişafının variantını yazmaqdır. Əgər bu proseduru gündəlik təkrarlasanız, sizin yaratdığınız xoş yuxu ilə əvəz edərək əvvəlki kabusdan tamamilə azad ola bilərsiniz.
- Əgər həyəcanlı vəziyyətdə yuxudan oyanarsınızsa və dərhal yuxuya gedə bilmirsinizsə, yataqdan qalxmaq, qələm və ya karandaş götürmək və gördüyün bütün detalları xatırlamaq faydalı ola bilər. Siz təsəvvür edə bilərsiniz ki, əgər siz hadisələri idarə edə bilsəydiniz onlar necə baş verərdi. Deyək, bir tarakanı canavara çevirmək və ya onu yerindəcə kül etmək.
- Əgər səbəb stress və ya nevrotizmdirsə, onda stressi və gərginliyi aradan qaldırmağı öyrənin. Əgər siz ağır bir gün keçirmişsinizsə, onda yataq otağına getməzdən əvvəl bir neçə dəqiqənizi ayırıb stressi aradan qaldırın. İlıq vanna qəbul edin, rahatladan musiqi qoyun və ya sırf sizə kömək edən, sakitləşməyin sizin sevdiyiniz yollarını sınayın.
- Yatmazdan əvvəl iyrəndirən və ya qorxudan şeylərə baxmaqdan və ya oxumaqdan çəkinin (qorxulu film, acı süjetli roman və ya narahat edici xəbər buraxılışları).
- Həmçinin mütərəqqi əzələ istirahət metodu da tövsiyə olunur (Progressive Muscle Relaxation). Tədricən bütün bədən boyunca müxtəlif əzələ qruplarını gərginləşdirib və rahatladaraq, siz gərginliyin necə getdiyini hiss edəcəksiniz. Ağıl bədənin vəziyyətinə reaksiya verir. Bədəninizi nizama salsanız, xoşagəlməz düşüncələri yatıra bilərsiniz.
MÜƏLLİF: PSİXOLOQ NƏRMİN SUCAYEVA
TƏRCÜMƏ: PSİXOLOGİYA ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN III KÖNÜLLÜ FƏALİYYƏT QRUPUNUN ÜZVÜ SƏBİNƏ İSMAYILOVA
Share to Odnoklassniki