Klinik Psixologiya Kursu başladı

IMG_20191102_110008
02.11.2019 tarixində institutumuzda Klinik Psixologiya Kursu başladı. Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramına əsaslanaraq hazırlanmışdır. Kursun ilk modulunda Nərmin xanım iştirakçılara klinik psixologiyanın tarixi, diaqnoz kriteriyalarını müəyyənləşdirən kitablar, pataloji davranışlar, klinik psixologiyada tədqiqat üzrə yanaşmalar, hipotezlərin qoyulması və yoxlanılması və s. haqqında nəzəri məlumatlar verib daha sonra praktik çalışmalar tətbiq etdi.
Nərmin xanıma uğurlu başlayan kurs üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.
Share to Odnoklassniki