‘Xəbərlər’

Robert Diltsin “Dilin sehri” kitabı dilimizə tərcümə olunaraq çap edilmişdir. Rus dilindən tərcümə edən və əlavə materialların müəllifi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Alıyevdir.

20200914_175437_0000

Dəyərli izləyicilərimiz, sizinlə Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Sosial Psixologiya şöbəsinin uğurunu paylaşmaq istəyirik. Belə ki, neyrolinqvistik proqramlaşdırmanın banilərindən biri olan Robert Diltsin “Dilin sehri” kitabı dilimizə tərcümə olunaraq çap edilmişdir. Rus dilindən tərcümə edən və əlavə materialların müəllifi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Sosial Psixologiya şöbəsinin müdiri,  psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Alıyevdir. Psixologiya… Ətraflı

Psixologiya Elmi-Tədqiqat İnstitutunun 2 yaşı tamam oldu.

IMG-20200904-WA0013

Psixologiya Elmi-Tədqiqat İnstitutunun 2 yaşı tamam oldu. İnstitut Azərbaycanda psixologiya elminin inkişafına təkan vermək, dünya standartlarına uyğun psixoloji elmi-tədqiqat işləri, yerli psixoloji statistik məlumatların işlənilməsi, elmi-psixoloji ekspertizaların təşkili və həyata keçirilməsi, psixologiya sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, cəmiyyətə peşəkar psixoloji xidmətin göstərilməsi məqsədilə yaradılmışdır.  Psixologiya Elmi-Tədqiqat İnstitutu 2 il ərzində ölkəmizdə psixologiya elminin inkişafı istiqamətində… Ətraflı

“Panik atak və onun terapiyasında istifadə olunan texnikalar” mövzusuna həsr olunmuş vebinar baş tutdu.

IMG_20200728_152935

Dəyərli izləyicilərimiz, 23.07.2020 tarixində bol informasiyalı, texnikalarla zəngin daha bir vebinarımız baş tutdu. “Panik atak və onun terapiyasında istifadə olunan texnikalar” mövzusuna həsr olunmuş vebinar BDU-nun müəllimi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında keçirildi. Mələk xanım panik atak və panik pozuntunun fərqi, panik atakın… Ətraflı

“Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassının sonuncu modulu baş tutdu.

IMG_20200728_142424

Fotolar “Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassının sonuncu modulundandır. Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında tədris olunan masterclassın 4-cü modulu ötən gün, 22.07.2020 tarixində baş tutdu. Öncədən verilən tapşırıq üzrə iştirakçıların hər biri psixoloji məsləhət prosesi aparmış, qısamüddətli həll mərkəzli terapiyanın müxtəlif texnikalarını… Ətraflı

1-4-cü siniflərlə psixoloji iş aparan məktəb psixoloqları üçün 20.07.2020 tarixində superviziya keçirildi.

Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən, 1-4-cü siniflərlə psixoloji iş aparan məktəb psixoloqları üçün 20.07.2020 tarixində superviziya keçirildi. Superviziya Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi,… Ətraflı

10-11-ci siniflərlə psixoloji iş aparan məktəb psixoloqları üçün 17.07.2020 tarixində superviziya keçirildi.

IMG_20200627_162138

Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən, 10-11-ci siniflərlə psixoloji iş aparan məktəb psixoloqları üçün 17.07.2020 tarixində superviziya keçirildi. Superviziya Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı… Ətraflı

“PANİK ATAK VƏ ONUN TERAPİYASINDA İSTİFADƏ OLUNAN TEXNİKALAR” adlı vebinar

IMG-20200717-WA0051

Dəyərli izləyicilərimiz, karantin müddətini səmərəli dəyərləndirməyiniz üçün daha bir öyrədici vebinarımızı təqdim edirik. “PANİK ATAK VƏ ONUN TERAPİYASINDA İSTİFADƏ OLUNAN TEXNİKALAR” adlı vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında baş tutacaq. Vebinarın proqramı: ☑️Panik atak nədir?;… Ətraflı

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun institutun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlərin rəhbərlərilə onlayn görüşü baş tutmuşdur.

IMG_20200723_134523 (1)

Dəyərli izləyicilərimiz, 16.07.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun institutun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlərin rəhbərlərilə onlayn görüşü baş tutmuşdur. Görüşdə görülən işlər müzakirə edilmiş, nəticələrə baxılmış, şöbələr və mərkəzlərin fəaliyyəti dəyərləndirilmişdir. Daha sonra irəlidə görüləcək işlərin fəaliyyət planı təqdim edilmiş, təklif və tövsiyələr dinlənilmişdir. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq sədr Elnur Rüstəmova təşəkkürümüzü… Ətraflı

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində ödənişsiz psixoloji konsultasiyalar həyata keçirildi.

IMG_20200723_130740

Dəyərli izləyicilərimiz, 14.07.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində ödənişsiz psixoloji konsultasiyalar həyata keçirildi. 23 nəfər şəxs müxtəlif problemlərlə mərkəzə müraciət edərək ödənişsiz konsultasiyadan yararlandı. Müraciət edən şəxslər mərkəzin peşəkar mütəxəssisləri: Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva, Sosial Psixologiya şöbəsinin əməkdaşı, BDU-nun müəllimi,… Ətraflı

10-11-ci siniflərlə psixoloji iş aparan məktəb psixoloqları üçün 15.07.2020 tarixində superviziya keçirildi.

IMG_20200723_122337

Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən, 10-11-ci siniflərlə psixoloji iş aparan məktəb psixoloqları üçün 15.07.2020 tarixində superviziya keçirildi. Superviziya Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, uzman psixoloq… Ətraflı