Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən, 10-11-ci siniflərlə psixoloji iş aparan məktəb psixoloqları üçün 17.07.2020 tarixində superviziya keçirildi.
Superviziya Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı və müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında baş tutdu.
Superviziya “Ailə Təlim Proqramı” əsasında baş tutdu, həmçinin məktəb psixoloqlarının çətinlik çəkdiyi məqamlar aydınlaşdırıldı.
Mətanət xanıma təşəkkürümüzü bildirir, məktəb psixoloqlarına uğurlar arzu edirik!