Fotolar “Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassının sonuncu modulundandır. Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında tədris olunan masterclassın 4-cü modulu ötən gün, 22.07.2020 tarixində baş tutdu. Öncədən verilən tapşırıq üzrə iştirakçıların hər biri psixoloji məsləhət prosesi aparmış, qısamüddətli həll mərkəzli terapiyanın müxtəlif texnikalarını tətbiq etmiş və son modulda həmin seansların analizi aparılmışdır.
Psixoloji Xidmətin etik qaydalarına uyğun olaraq praktik təcrübə üçün seans aparılan pasientlərdən səslərin qeydə alınması üçün öncədən icazə alınmışdır.
Mətanət xanım həmin səsləri dinləmiş, seansın gedişatı ilə tanış olmuş, dəyərləndirmə aparmış və öz təklif və tövsiyələrini bildirmişdir.
Masterclass hər bir iştirakçının məmnunluq rəylərilə sona çatmışdır.
Öz zəngin bilik və təcrübəsini tələbə psixoloqlarla paylaşdığı və peşəkarlıqla tədris etdiyi masterclass üçün Mətanət xanıma təşəkkürümüzü bildirir, iştirakçılarımıza masterclassdan əldə etdikləri bilik və praktik texnikaları öz təcrübələrində uğurla tətbiq etməyi arzu edirik.
Ek alanı