Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində ödənişsiz psixoloji konsultasiyalar həyata keçirildi.

  • Home
  • Xəbərlər
  • Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində ödənişsiz psixoloji konsultasiyalar həyata keçirildi.
IMG_20200723_130740

Dəyərli izləyicilərimiz, 14.07.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində ödənişsiz psixoloji konsultasiyalar həyata keçirildi.

23 nəfər şəxs müxtəlif problemlərlə mərkəzə müraciət edərək ödənişsiz konsultasiyadan yararlandı. Müraciət edən şəxslər mərkəzin peşəkar mütəxəssisləri: Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva, Sosial Psixologiya şöbəsinin əməkdaşı, BDU-nun müəllimi, psixoloq Əli Xəlilov və Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən ilkin psixoloji müayinədən keçərək öz problemləri haqqında məlumatlandılar, psixoloq rəyi aldılar.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq mütəxəssislərimizə bu çətin günlərdə insanlarımıza təmənnasız olaraq göstərdikləri psixoloji dəstək üçün təşəkkürümüzü bildirir, güvənərək bizə müraciət edən hər bir şəxsə sağlamlıq arzu edirik!

 PSİXOLOJİ XİDMƏT VƏ REABİLİTASİYA MƏRKƏZİ – Narahatlığınıza peşəkar yanaşma!

Share to Odnoklassniki