klinik psixologiya’

Yuxusuzluğa klinik yanaşma

Sleeping

Yuxusuzluq ayrıca bir xəstəlik olduğu kimi bəzən depressiya, həyəcan pozuntusu, panik atak kimi xəstəliklərlə yanaşı ikincili olaraq rast gəlinir. Yuxu pozuntuları özünü bir çox formalarda göstərir. Daha tez-tez rast gəldiyimiz yuxuya getmədə çətinliklər və yuxunun keyfiyyətinin aşağı olmasıdır. Bunlardan başqa yuxuda qorxu sindromu, qorxulu yuxular, narahat ayaq sindromu, yuxu apnoyesi (tənəffüsün ani dayanması – daha… Ətraflı

Heç bir şey olmadığı halda özünüzü xəstə hiss edirsiniz?

ipoxondriya

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən psixi pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi əlamətlər xərçəng, miokard infarktı əlamətləri kimi qəbul edilir və… Ətraflı

Obsessiv – Kompulsiv pozuntu

Obsessive-Compulsive-Disorder

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz.… Ətraflı

Hallusinasiya

halusinasyon

Hallusinasiya ilə bağlı zarafatlar əyləncəli və gülməli gələ bilər. Lakin bu hallusinasiyalar sizdə baş verdikdə artıq elə də gülməli olmur. İndiki zamanda daimi stress hallusinasiyalara gətirib çıxarda bilər. Amma bunlardan qurtulmaq elə də asan deyil. Bəs hallusinasiya nədir? Hallusinasiya — mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin… Ətraflı

EMDR nədir?

emdr2

EMDR (Göz hərəkətləriylə laqeydləşdirmə və yenidən emal) 1987-ci ildə Amerikalı psixoloq Francine Shapiro tərəfindən kəşf edilən psixoterapiya texnikasıdır.Aspirantura tezisiylə məşğul olduğu sırada, könüllü göz hərəkətləriylə birlikdə narahat edici düşüncələri düşünəndə,bu düşüncələrin yaratdığı mənfi hisslərin azaldığını görən Shapiro,bu kəşfinin fəaliyyətini araşdırmaq adına travma sonrası stress pozğunluğu olan Vyetnam veteranlarıyla,təcavüz və cinsi istismar mağdurlarıyla araşdırmalar etmişdir.Bu araşdırmalar… Ətraflı

Depressiyanın müalicəsində yeni metod – TSM

depression

Son illərdə elm adamları, nizamsız beyin funksiyalarını normallaşdıracaq və eynilə bir kompüter kimi çalışacaq, duyğu, düşüncə, hərəkət, yaddaş kimi bir çox beyin funksiyasını normal halına gətirəcək araşdırmalar aparmaqdadır. Transxroniki Maqnetik Stimullaşdırılma müalicəsi ilə beyinə şok maqnetik xəbərdarlıqlar göndərərək, beyinin xəstələnmədən əvvəlki möhkəm vəziyyətinə yenidən dönməsi məqsəd qoyulmaqdadır. Necə ki,Amerikadakı son Dünya Nevrologiya Konqresində Transxroniki Maqnetik… Ətraflı

Paranoidal pozğunluq

Handsome young man using glass to eavesdrop

Paranoya psixoloji bir narahatlıq ilə birlikdə cəmiyyət içində həddindən artıq yanlış fikirli kəslər bazasını kimi istifadə edilən, mənası yunan dilindən “havalanma” olan xəstəlik kimi xarakterizə olunur. Paranoya narahatlığı təməlində həddindən artıq yanlış fikir, narahatlıq və mənasız düşüncələr cəmləyir. Xalq arasında isə ətrafındakı obyekt, hadisə və kəslər haqqında həddindən artıq skeptisizm (şübhəçi) göstərənlər üçün istifadə edilir.… Ətraflı

Kleptomaniya (Oğurluq xəstəliyi)

kleptomani

Ehtiyacı olmadığı, dərhal istifadə etməyəcəyi halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olma şəklində bir impuls nəzarət pozğunluğudur. Şəxsin əslində o malı satın ala biləcək kafi maddi təcrübəyə sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir.… Ətraflı

Emosional-psixi sferada dəyişikliklər. Epileptik status. (Epilepsiya haləti)

epilepsiya haleti

Epileptik proses üçün özünü aparmağı bacarma və psixikanın spesifik dəyişiklikləri səciyyəvidir.Onlar punktual, metodik, xırdaçı, pedantik olur və bu da uşaq yaşı üçün səciyyəvi sayılmır. Gündəlik iş (hərəkət, fəaliyyət) sxemindən kənara çıxma və ya onu icra etməyə maneçilik, coşğun təcavüzkarlıq və ya etiraz partlayışına səbəb ola bilər. Uşaqda zəhlətökənlik, yaltaqlıq, şitlik və qəzəblilik müşahidə olunur. Psixi… Ətraflı

Əsrin bəlası – Histeriya

histeria

Histeriya (yunan sözündən götürülb mənası “hystera” – uşaqlıq deməkdir) müxtəlif psixiki amillərlə əlaqədar olaraq meydana çıxan və çox vaxt hərəki, hissi pozulmalar şəklində təzahür edən nevrozdur. I.Pavlovun fikrinə görə, histeriya, siqnal sistemlərinin fəaliyyəti kifayət dərəcədə səlis olmayan adamlarda ali sinir fəaliyyətinin pozulması, birinci siqnal sistemi fəaliyyətinin ikinci siqnal sisteminin fəaliyyətindən üstün olması nəticəsində baş verir.… Ətraflı