Paranoidal pozğunluq

Handsome young man using glass to eavesdrop

Paranoya psixoloji bir narahatlıq ilə birlikdə cəmiyyət içində həddindən artıq yanlış fikirli kəslər bazasını kimi istifadə edilən, mənası yunan dilindən “havalanma” olan xəstəlik kimi xarakterizə olunur. Paranoya narahatlığı təməlində həddindən artıq yanlış fikir, narahatlıq və mənasız düşüncələr cəmləyir. Xalq arasında isə ətrafındakı obyekt, hadisə və kəslər haqqında həddindən artıq skeptisizm (şübhəçi) göstərənlər üçün istifadə edilir. Bu əlamətləri daşıyanlar paranoyak olaraq adlandırılırlar. Narahatlıq bir müddət sonra həmin adamın ictimai ətrafında problemlər çıxmasına, əlaqələrinin pozulmasına və hətta həyatdan tamamilə qopmasına qədər gətirib çıxarır. Məsələn,davamlı təqib edildiyindən, yediyi içdiyi yeməklərdən zəhərlənəcəyindən, yoldaşının onu aldatdığından şübhələnən şəxslərin bu şübhələri xroniki hala gəlirsə, bunlar artıq xəstəliyin ilk əlamətləri hesab olunur. Paranoya xəstələrinin xüsusiyyətlərindən biri də xəstəliklərini ümumiyyətlə, qəbul etməmələridir. Çünki bu şübhələrə o qədər çox inanırlar ki, bu insanları çəkindirmək demək olar ki, qeyri-mümkündür. Hətta bəzi paranoya xəstələri özlərini peyğəmbər, mehdi kimi adlarla xatırlayar və özlərini bu sifətlərə inandırır. Və bu xəstəlik üçün konkret səbəb göstərmək çətin olur, çünki müxtəlif səbəblərdən meydana çıxır.

- Paranoya xəstələrinin və ya paranoyakların ortaq xüsusiyyətləri uşaqlıq və gənclik illərində yaşadıqları zədələrdir. Bir çox psixoloji narahatlığın təməli uşaqlıq və gənclik illərində qoyulur ancaq bu mövzuda paranoya narahatlığı çox daha diqqətə çarpandır. Məsələn, uşaqkən çirkin olan və ətrafında və ya ailəsində davamlı lağ mövzusu olan biri irəliləyən yaşlarını “hər kəs mənə baxır” ya da “hər kəs yanındakına gizlicə mənim çirkin olduğumu deyir” şəklində düşüncələrlə keçirə bilməkdədirlər. Xüsusilə, yeniyetməlik dövründə ətrafıyla ciddi problemlər yaşayan, bədənində qüsuru olan kəslərdə daha çox rast gəlinir.

- Bir başqa səbəb isə şəxsin özünü çox üstün görməsi ya da bir əvvəlki hadisənin tam tərsi bir şəkildə yaşanmış olmasıdır.Məsələn,uşaqlığından bəri ərköyün böyüdülən bir adam irəliləyən yaşlarda özünü digər insanlardan üstün görməyə başlayır, hər kəsin onun üçün çalışması lazım olduğunu düşünür. Bir müddət sonra “hər kəs mənim əleyhimədir, hər kəs məni baltalamaq, yox etmək istəyir” düşüncəsi hakim olur və ətrafıyla bu səbəblə ciddi problemlər yaşayır.

- Edilən iş və ya peşə də paranoyaya səbəb ola bilməkdədir.Məsələn, dövlətə aid gizli kəşfiyyat işlərində çalışan, ya da təhlükəsizlik işçisi ikən cinayət təşkilatlarının üzərinə gedən kəslərdə də davamlı öldürülmə, təqib edilmə, istirahət kimi qorxular baş qaldıra bilər. Məsələn, Amerikada Vyetnam döyüşü sonrası yaranan Vyetnam sindromu da buna bənzər bir vəziyyətdir.

- Şiddət görmüş uşaq və qadınlarda 40 yaşından sonra ortaya çıxma ehtimalı var.

- Son olaraq bir çox psixoloji narahatlıq kimi paranoya da irsi ola bilməkdədir. Paranoya narahatlığı diqqət yetirilməsi lazım olan və hal-hazırda müxtəlif seans və dərmanlarla müalicə edilə bilən bir narahatlıqdır.

Nərmin Quliyeva

Xəzər Universitetinin, psixologiya fakültəsinin tələbəsi

 

Share to Odnoklassniki

Tags: