Obsessiv – Kompulsiv pozuntu

Obsessive-Compulsive-Disorder

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər.

Obssesiv əlamətlərin ən çox rast gəlindiyi xəstəlik köhnə adı ilə sarışan hallar nevrozu, müasir dövrdə isə obssesiv-kompulsiv pozuntu adlandırdığımız xəstəlikdir.

Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir?

OKP-nin əlamətləri obssesiya və kompulsiya, yəni fikir və davranışlar eləcə də həyəcan, depressiyasıdır.
Obssesiyalar beyinə istəmədən daxil olan, təkrarlanan, qovulması çətin düşüncələrdir. Bu düşüncələr şəxsin iradəsindən asılı olmadan beyninə daxil olur və həmin şəxs bunun boş və mənasız olduğunun fərqindədir. Tez-tez rastlaşdığımız obssesiyalar aşağıdakılardır:

-Təmizlik - Bu tip insanlar daimi olaraq ətrafda mikrob, kir, qan və s. olduğunu düşünürlər.
-Simmetriya - Əşyaların bir-birinə paralel olmasına həddən artıq diqqət yetirirlər.
-Dini - Allah, peyğəmbər və digər dini şəxslərlə bağlı təhqir edici fikirlər.
-Cinsi - Doğmalarına qarşı cinsi obssesiyalar.
-Ehtiyat - Dəfələrlə yoxlamaq, ifrat ehtiyatlı olmaq.

Kompulsiyalar isə obssesiyaların yaratdığı həyəcan və narahatçılığı azaltmaq üçün edilən təkrarlanan davranışlardır. Tez-tez rast gəldiyimiz kompulsiyalar bunlardır:

-Təmizlik - saatlarla əl yumaq, hamamdan çıxa bilməmək, spirtdən və digər dezinfeksiya edici məhlullardan istifadə.
-Təkrar etmə - yaxınlarının başına pis hadisə gəlməsin deyə eyni hərəkəti təkrar etmə.
-Sayma - binaların mərtəbələrini, maşınları sayma və ya nömrələrini əzbərləmə, reklamları oxuma.
-Yoxlama - dəfələrlə qapını , suyu, qazı bağladığını yoxlama.

OKP-nin konkret bir yaranma səbəbi yoxdur. Müasir nəzəriyyələrə görə serotonin ifrazının orqanizmdə pozulması nəticəsində yaranır. Müalicəsi müasir tipli antidepressant dərmanlarla psixoterapiya üsulu ilə aparılır.

Orxan Fərəcli

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu

Share to Odnoklassniki

Tags:

2 Responses

  1. Vusal says

    Men usaqliqdan bu xestelikden eziyyet cekirem 27 yasim var ve son 2 ilde ifrat dereceye varib. 2 defe psixiatr ve psixoloq yanina getmisem. Menasizdir. Xesteliyim 1 idise dermanlardan sonra 3 oldu. Bu xesteliyi mualice etmeyin yolu 3-dur. O da tam olaraq kecmesi mumkun deyil. Birinci novbede komputerden ve telefondan ciddi sekilde uzaqlasmaq lazimdi. Ikincisi narahat eden seylerden uzaqlasmaq lazimdir. Ucuncusu narahat eden seyden uzaqlasmaq mentiqe uygun deyilse yeni mumkun deyilse heyatimizin bir hissesidise meselen yuyunmaq ve s onda fikirlere mumkun qeder ehemiyyet vermemek lazimdir ve eyni hereketleri ne qeder ezab verse de tekrarlamamaq lazimdir cunki ehemiyyet verib tekrarladiqca bu hal siddetlenecek ve cixmaq daha cetin olacaq. Ama ozunu sixib tekrar etmesen bir muddet sonra yungullesme olacaq. Qeti sekilde tekrarlamaga qayitmaq lazim deyil adama ele gele biler ki tekrarlayib daha da yungullesecek ama eksine yene taxilirsan

  2. Sevda says

    Bu pozuntu genetik olaraq keçirmi?Yoxsa sonradan əmələ gəlir?