Müasir dövrdə ən çox rast gəlinən hallardan biri də zorakılıq hallarıdır.”Zor tətbiq etmək”, “məcbur etmək” mənasını ifadə edən, zorakılıq,istənilən münasibətin bir hissəsi ola bilər.Zorakılıq yaşından,cinsindən asılı olmayaraq bir çox insanın başına gəlsə də, qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir.Buna baxmayaraq kişilərdə, uşaqlarda, yaşlılarda da heç də az rast gəlinmir.
Zorakılığın səbəbini bir sıra amillə izah etmək olar:psixoloji, sosial, iqtisadi və s.
Daha dəqiq desək,uşaqlıqda zorakılıq görmüş,fiziki və ya psixoloji şiddətə məruz qalmiş ,natamam ailələrdə böyüyən , valideynlərdən biri və ya hər ikisi psixoaktiv maddə,alkoqol istifadəçisi olan,həmçinin özü psixoaktiv maddə və ya alkoqol asılılığından, psixi pozuntulardan əziyyət çəkən şəxslərdə, zorakılıq halları daha çox müşahidə olunur.Ailə daxilində isə maddi problemlər,işsizlik,aşağı sosial-iqtisadi vəziyyət,hakimiyyət uğrunda mübarizə,güc və nəzarət istəyi,patoloji qısqanclıq halları zorakılığın yaranmasına səbəb olan əsas amillərdir.
Zorakılığa məruz qalmış insanlarda ən çox rast gəlinən psixoloji hallar: depressiya, təcrid, yüksək narahatlıq,qorxular,özgüvən əksikliyi, yüksək həyəcanlılıq,intihar halları,alkoqol və psixoaktiv maddələrə meyl,aqressiya və digər psixoloji narahatlıqlardır.
Nəticədə uşaqlıqda və ya həyatının hansısa sferasında istər psixoloji ,istər fiziki zorakılığa məruz qalmış insanlar həm ailə daxili,eyni zamanda partnyorla olan münasibətlərdə çətinliklə yaşayırlar,xüsusən də ünsiyyət problemləri və özgüvən əksikliyi onların münasibətlərinə olduqca təsir göstərir.