Fiziki və psixi sağlamlıq bir-birini tamamlayan və vahid sağlamlığımızı təmsil edən iki anlayışdır. Sağlam bir fərd olmaq üçün özümüzü həm fiziki, həm də zehni cəhətdən yaxşı hiss etməliyik. Sağlam zehin bizim üçün ən dəyərli qazanclardan biridir. Bunun üçün beynimizi aktiv saxlamalı və ona yaxşı baxmalıyıq.
Elmi araşdırmalar göstərir ki səhərləri günə başlama şəklimiz mental sağlıq üzərində çox böyük rol oynayır. Hüzurlu sabah demək enerji dolu gün deməkdir. Məhz bu səbəbdən də oyandıqdan sonra ilk bir neçə saatı özümüzə ayırmaq, rutinlər formalaşdırmaq günümüzün daha hüzurlu keçməsinə və həyatdan daha çox zövq almamıza kömək edir. Yaşam enerjisi ilə dolmaq, işdə məhsuldarlığınızı artırmaq, stressi azaltmaq üçün sizdə sabah rutinlərindən faydalana bilərsiz.
Səhərləri özünüzə bir fincan qəhvə hazırlayıb bir neçə səhifə kitab oxumaq, meditasiya və yoga ilə məşğul olmaq, hisslərinizi və düşüncələrinizi yazmaq, sahib olduqlarınız üçün minnətdar olmaq, gün doğumunu izləmək, səssizliyin içində öz daxili səsinizi dinləmək, nəfəsinizə fokuslanmaq gününüzün daha gözəl keçməsinə səbəb olacaq. Bu rutinləri həyatımıza daxil etmək öz sevgini, öz şəfqəti artırır. Bu isə həyat keyfiyyətimizin artması deməkdir. Qazandığınız yeni rutinlər beyninizi aktivləşdirəcək, yeni ideyaların yaranmasına səbəb olacaq. Önəmli olan budur ki rutinləri avtopilot rejimindən çıxıb, fərqindəliklə, anda qalaraq edək.