Özünüzü başqaları ilə müqayisə etməyin

336256961_119133134388620_8499261053998325140_n

Özünü real və sağlam qiymətləndirə bilən peşəkarlar, daha uğurlu olurlar.

Özünüzü başqaları ilə müqayisə etdiyiniz zaman, məqsədlərinizi onların məqsədləri ilə bərabər tutursunuz. Halbuki, hər birimizin imkanları və əldə olan resurslarımız fərqli olduğuna görə əldə etmək istəyimiz nəticə də müxtəlif olur.

Özünüzdə daha yaxşısına nail ola bilmə patensialınızı, müqayisə ilə boğmayın.

Məsləhət alın, təcrübələr dinləyin və müşahidə edin, yenilikləri cəhd edin lakin başqalarının ayaqqabısını geyinib, yeriməyə çalışmayın. Çünki uğur, bir tort deyil və başqasının daha çox hissəyə sahib olacaq qorxusu sizi müvəffəqiyyətsizlikdən başqa heç nəyə aparmayacaq. Bunu unutmayın.

“Günəşlə ay arasında heç bir müqayisə yoxdur- hərəsinin vaxtı gəldiyi zaman parlayırlar.”

Share to Odnoklassniki