Fövqəladə hallar zamanı necə daha rahat hiss edə bilərik?

330300616_618352393449513_2279254059869379364_n

 

 

 

 

 

 

 

 

 

 

 

Keçdiyimiz günlərdə qardaṣ ölkə Türkiyədə yaṣanan böyük faciənin şokunu yaşayırıq hər birimiz. Bu dönəmlər hisslərimiz də çox dalğalıdır. Bəzən kədərlənirik, bəzən günahkarlıq hissi yaşayırıq, bəzən də qəzəblənirik. Bu dönəmdə sosial medyanın ciddi bir ünsür olduğunu da görürəm. Reytinq toplamaq, “like” almaq xətrinə panika yaradacaq paylaṣımlar, yalan doğru məlumatlar, qeybdən kimsənin bilmədiyi yaxınlaşan faciələr haqqında yalan xəbərlər, qəzəbli ifadələr paylaşmaq kimsəyə fayda verməz. Tam tərsinə neçə- neçə depresiyadan, panik atakdan, nevrozdan və.s əziyyət çəkən insanların vəziyyətlərini daha da gərginləşdirir, dağıntı altından xilas olan insanların darmadağın psixikalarına daha da böyük zədə vurur belə paylaşımlar. İnsanlarda ümüdsizlik, çarəsizlik kimi hisslərin yaranmasına yol açır. Əlinizdən gəlirsə maddi, mənəvi dəstək, dua kimi yaxşı işlər etməyə çalışın. Sosial medyanı sosial ümidsizliyə deyil, sosial dəstəyə çevirməliyik. Ekran qarşısına keçib özümüzə travma vermək yerinə ümid verən xəbərlərə fokuslanaq. Həyat davam edir unutmayaq. Bəzi şeylərin bərpası zaman alacaq düzdür. Amma dağıntılar altından sağ çıxan insanlara da bizim motivasiyamız, ümid verici yanaşmamız dəstək olacaq. Bu aralar hər bir insanın ehtiyac duyduğu şey panika yaradacaq xəbərlər, qorxu və təlaş yaradan paylaşımlar deyil, şəfqətli, motivasiya verəcək ümid dolu bir dayanışmadır. 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Sevinc Əlizadə

Share to Odnoklassniki