Ailədaxili münasibətlərdə səmimiyyət, sevgi, qayğı, qarşılıqlı məsuliyyət fərdlərin fiziki və psixoloji baxımdan sağlam inkişafının əsas şərtidir.
Ailə daxili münasibətlər möhkəmlənmiş, sterotipik rollara əsaslanmışsa , özünəməxsus özəlliyi olmayan, müəyyən kateqoriyalar içində dünyayı görən fərdlər yetişir. Bu cür qatılaşmış, qəliblənmiş rolların hakim olduğu bir ailə içində böyüyən fərdlər ən önəmli şeyin böyükləri, güclüləri məmnun etmək olduğunu anlamış, qorxudaraq başqalarını idarəetmə gərəkdiyini görmüş və buna inanmışdır. Sevgiylə ünsiyyət qurma , qarşıdakının duyğularını anlama və bu duyğulara hörmət göstərmə onlar üçün tamamən yaddır. Bu cür ailədə yetişən fərdlər öz potensiallarını ortaya qoya bilmirlər. Ailədaxili münasibətlər vəziyyətə görə dəyişəbilən, dəyişik rollara əsaslanırsa, daxili dünyası daha zəngin, dünyayı çoxşaxəli görən, tolerant fərdlər yetişir.Rolların dəyişkən olduğu ailələrdə həm ana , həm ata situasiyaya görə uşaqların dostu, müəllimi, sirdaşı,lazım gəldikdə isə güclü bir avtoritet olur.
Ailədaxili qarşılıqlı əlaqə ,fərdlərə ya ” mən dəyərliyəm”, ya da “dəyərsizəm” duyğularını hiss etdirir. Bu ehtiyac ailə içində ödənməzsə, insan hər cür davranışla bu duyğuyu əldə etməyə çalışır. “Mən dəyərliyəm” duyğusunu ailə içində əldə edən fərd, özünü təsdiq üçün əlavə davranışlara ehtiyac duymaz.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Nigar Muradova