Mükəmməlliyyətçiliyin öhdəsindən necə gələ bilərik?!

mükəmməlliyyətçilik

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mükəmməlliyyətçilik ilə mübarizə aparan insanlar, qarşılarında uğursuz olma ehtimalı yaranarsa, irəliləməyin qeyri-mümkün olduğunu düşünürlər. Ola bilsin ki, siz bir layihə üzərində işləyirsiniz və bunun necə olmasını istədiyiniz barədə müəyyən təsəvvürünüz var.  Beyninizdə onun necə görünməsi və yerinə yetirilməsi lazım olduğunu dəqiq bilirsiniz.  Bununla belə, bu layihəni hazırlamaq üçün oturduğunuz zaman görə bilərsiniz ki, bu ideallaşdırılmış görüntüdən kənara çıxa biləcək bir çox yol var.  Bu cür vəziyyət bir az gərgin situasiya olmaqdan başqa ciddi nəticələri olmaya bilər, lakin bu mükəmməl olmaq istəyi işdə və ya digər qrup mühitində işləri görmək qabiliyyətinizə mane olarsa necə?  Davamlı olaraq başladıqları hər şeyi yenidən etməkdə israr etsəniz, insanlar sizdən bezə bilər.

Florida Dövlət Universitetindən Sarah Redden və həmkarlarına (2022) görə, “Mükəmməlliyyətçilik “qüsursuz olmaq”dan başqa hər hansı bir şeyi qəbul etməkdən imtina etmək kimi müəyyən edilir, əlbəttə ki, bu məntiqli bir tərifdir.  Redden və b.  Qüsursuzluğa daimi həvəsin hədsiz miqdarda özünü tənqidə və hətta “funksional pozğunluğa” səbəb ola biləcəyini göstərir.

Florida Dövlət Universitetinin tədqiqatçıları qeyd edirlər ki,  mükəmməlliyyətçilik tək unitar anlayış deyil.  Onun dörd aspekti var: 1) Səhv etmək barədə “həddindən artıq” narahatlıq, 2) Yüksək daxili standartlar, 3) Dəqiqliyə yersiz vurğu və 4) Öz hərəkətləri ilə bağlı şübhələr daxildir.  Buna baxmayaraq, Redden və onun həmmüəllifləri səhv etməkdən qorxmağın mükəmməlliyyətçiliyin mərkəzində olduğunu təklif edirlər.

Mükəmməlliyyətçiliyin terapiyasında “məcburi səhvlər etmək” ideyası

Səhvdən qaçmaq mükəmməllik üçün bu qədər əsasdırsa, bu qorxunu birbaşa azaltmağa çalışmağın mənası olmazdımı?  Terapiyaya gələn şəxslər üçün tipik koqnitiv-davranış terapiyasında, psixoloq şəxsə mürəkkəb situasiyaların onların inandıqları qədər fəlakətli olmadığını başa düşməsinə kömək etmək üçün qəsdən səhvlərdən istifadə edərək əks yanaşma tətbiq edə bilər.

Florida Dövlət Universitetinin tədqiqatçılarının apardıqları tədqiqata görə həqiqətən mükəmməlliyyətçi şəxslərə uğursuzluğu qəbul etmələrinə kömək etmək üçün məcburi səhvlər etmək texnikası uğurlu ola bilər.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Mərziyə Əzməmmədova

Share to Odnoklassniki