Valideynlərimizdən çox gözləntilərimiz ola bilər,onlara qarşı çox hirsli ola bilərik. Onları görmək istədiyimiz formada bir valideyn etmək üçün bəlkə onları şəkilləndirməyə çalışa bilərik. Bəlkə də “ana,ata belə olmalıdır” deyə düşünə bilərik. Amma bir şeyi unutmamalıyıq ki, onların bir kimlikləri var. Murad, Aytən olaraq…(adlar nisbidir)
Murad və Aytənin kimlikləri, keçmişləri var. Onlar sənin anan,atan olmadan öncə də Murad və Aytən idilər. Analığın və ya atalığın necə olacağını müəyyən edən isə valideynlərimizin şəxsiyyət tipləri ilə əlaqəlidir. Narsist Muradın necə ata olacağı təxmin edilə bilər. Həyəcan-təşvişli Aytənin də necə ana olacağı öncədən təxmin edilə bilər.
Aytənin ana olmağının məsuliyyəti bunlardır, bunları etməliyəm deyə bilməsi üçün özündə empatiya və məsuliyyət sahibi olması lazımdır.
Valideynlik əslində yerə-göyə sığdırılmayacaq qədər böyük bir vəzifə olmaqdan qabaq sadəcə Muradın və Aytənin şəxsiyyət tipinə görə formalaşan statusdur. Məsələn, qonşuda, qohumda gördüyümüz çox fədakarlıqlar etmiş ana-atalar əslində uşaqlarına özəl bir şey etmirlər. Onlar onsuzda elə şəxsdirlər. Həmişə etdikləri və bildiklərini etməyə davam edirlər. Onların şəxsiyyət tipləri elədir. Eyniylə xəbərlərdə gördüyümüz qəddar, “belə ana-ata olmaz olsun” dediyimiz ana-atalar da qeyri-adi bir şey etmirlər.
Qısası,tək tip ana və ya ata yoxdur. Mümkün də deyil. İnsanlar barmaq izi kimidirlər.Hər kəsin də ana-atalığı özünə xasdır, özünə özəldir.
Valideynlərimizdən gözləntilərimiz
Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu və onun müalicəsində Neurofeedback aparatının rolu
Mükəmməlliyyətçiliyin öhdəsindən necə gələ bilərik?!