Bəşər tarixinin qara ləkəsi: Xocalı qətliamı
Xocalı soyqırımından 30 il ötür. Bu ağrı qəlbimizdə hələdə var olmaqda davam edir. Lakin bu il Xocalıya əvvəlki illərlə müqayisədə fərqli baxış var.
Tədbir, 5 ci könüllü fəaliyyət qrupunun üzvü Xədicə Əhmədovanın hazırlamış olduğu, Xocalı faciəsini əks etdirən video-çarx təqdim edilməsi ilə başladı.
Açılış nitqi üçün söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova verildi. Sədr, Xocalı soyqırımının tarixindən, konkret faktlardan, xalqımızın məruz qaldığı müsibətlər və çəkdiyi əziyyətlərdən bəhs etdi. Daha sonra onun dünyaya tanıdılması istiqamətində işlərin görülməsi məsələlərindən bəhs etdi.
Daha sonra Könüllü fəaliyyət qrupunun hazırladığı “Xocalı şahidi” səhnəciyi və kompozisiya təqdim edildi.
Tədbir Allahverdi Tağıyevin təqdimatında “Layla, Xocalım, Layla” şeiri ilə yekunlaşdırıldı.
26.02.2022 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Xocalı faciəsinin 30 cu il dönümünə həsr edilmiş anım tədbiri keçirildi.
“Valideynlər övladlarına sərhəd qoymaqda niyə çətinlik çəkirlər?!”
7.02.2022 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda abituriyentlərlə görüş baş tutdu.