Keçmişin yükünü bu günə daşımaq
İnsan keçmiş zamanı, indiki zamanı və gələcək zamanı eyni anda düşünüb yaşayabilmə xüsusiyyətinə sahib tək canlıdır. Bunu istədiyi şəkildə yaşama haqqı da özünə məxsusdur. Adətən dünən bugünü, bugün sabahı, sabah isə gələcəyi inşa edərək davam edir. Keçmişdə yaşadığımız müsbət və ya mənfi bir çox hadisələr xatirələr ya da acılar toplayaraq yolumuza devam edirik. Müsbət olanlar xatirə olaraq qalarkən, mənfi olanlar isə “dərd qandalı” olarak gələcəyimizi şəkilləndirmədə maneyə təşkil edə bilər. Xatirə olaraq topladığımız gözəl şeylər gələcəkdə bizlərə sıxıntı yaşatmır. Adətən gələcəyimizin qandalları keçmişin yükləri, yaşadığımız mənfi hadisələr olur . Yaşanan istənməyən mənfi hallara təcrübə gözü ilə baxıb onlarla üzləşməyən olanlar bu keçmişin yükünü gələcəyə də daşıyır və o yükün altında gələcəkdə addımlamaqda çətinlik çəkirlər. Bu mənfiliklər , dünənimizi qaraldan yüklər, pis xatirələr bugünümüzü və gələcəyimizi də qaraltmasına icazə verməməliyik. Keçmişin yükləri gələcəyimizi məhv etməsinə icazə verməmək bizim deyilsə kimin məsuliyyəti olacaq?
Keçmişin yükünü keçmişdə buraxmaq üçün yaşanan hər nə isə onu olduğu yerdən yəni keçmişdən çıxarıb onunla üzləşmək, hesablaşmaq, bəlkə də qəbullanıb ona rəğmən yola davam etmə iradəsini göstərmək lazımdır. Devizimiz “üzləş, hesablaş, bağışla, həyatına davam et” olmalıdır.
İstənməyən bir evlad olarak dünyaya gəldiyinizi fərz edək; bu keçmişdə istənilməyən duygusu ilə necə hesaplaşacağıq? Nə edəcəyik indi, dünyaya gəlmişik və yaşayırıq, keçmişin bu yükünü, yarasını həyatımızın mərkəzinə qoyub istənməyən bir evlad olma əzikliyi ile mi yaşayacağıq? Ya da ən saf və gözəl duyqularla sevərək evləndiyimiz sevgilimiz bizi aldatmış olsun, yaşayacağımız duygu xəyal qırıqlığı olacaq əlbəttə ,ancak keçmişin bu mənfi təcrübəsi gəleceyimizi məhv etməsinə icazə verməliyik? Tərk edilmə qorxusu ilə üzləşib həyatımıza davam edəbilmək işimizi rahatlaşdıracaq.