Bir addım at …
Bir addım at…
Sevgiyə, xoşbəxtliyə, hədəfinə gedən yola çıxmaq üçün sadəcə bir addım at.
Ən uzaq səyahət belə bir addımla başlayır, tək bircə addımla…
İndi hər birimizin məqsədi var, istər günümüzü keçirmək kimi mənasız, istərsə ABŞ prezidenti olmaq kimi iddialı olsun. Bəzi insanların problemi məqsədlərinin onları səhər çarpayıdan qalxmağa belə ilhamlandırmayacaq qədər mənasız olmasıdır. Məhz buna görə mənalı, iddialı məqsədlərə ehtiyacımız var. Mənalı məqsədlər emosiya yaradır və bu hisslərin daim daxilimizdə dolaşmasını təmin edir. Onlar bizi böyüməyə və inkişaf etməyə təhrik edir.
Məqsədlərinizi yazın, həm də kompüterə yox, vərəqə və ya gündəliyinizə. Biz bir şeyi yazarkən qeyri-adi şeylər baş verir. Məqsədlərinizi yazarkən daha yaradıcı olmağa başlayırsınız, yazmaq düşünməyə təhrik edir. Həm şüurlu, həm də şüuraltı olaraq əslində indi olduğunuz yerdə olmaq istəmədiyinizi qəbul edirsiniz. Beyniniz bu fərqi hiss edir və hazırki vəziyyətdən narazı olur.
Narazılıq hissi ən güclü motivatorlardan biridir. Siz tamamilə rahat və arxayın olduqda, nələrisə həyata keçirmək üçün özünüzü motivasiya etmək niyyətində olmayacaqsınız. Narazılıq məhz bunu əldə etmək üçün əlinizdə olan gücdür. O, dəyişmək istədiyiniz şeyləri etməyiniz üçün bir lokomotivdir. Gərginlik və təzyiq altında olmaq hərəkətlərinizin ən güclü drayverlərindəndir. Bunları özünüzə təsir vasitəsi kimi istifadə edin və beləliklə, uğurlu olmaq istiqamətində daha aktiv addımlar atacaqsınız.
“Niyə” bu məqsədə çatmaq istədiyinizi özünüz üçün aydınlaşdırın.
Detalları qeyd edin.
Bu məqsədə çatmaqla özünüzü necə hiss edəcəksiniz?
Bu sizin üçün nə məna kəsb edir?
Bu sizin həyatınızı necə dəyişəcək?
Bu məqsədə niyə çatmalı olduğunuzu təmamilə aydın şəkildə təsvir etməklə, niyyətinizi dərk edəcəksiniz. Və niyyət mənfəətdən daha güclüdür. Məqsədinizin niyyəti sadəcə nəticə əldə etmək deyil, bu eyni zamanda, sonda bu nəticənin sizi insan olaraq necə dəyişəcəyidir.