Doğulandan etibarən yaranan və sonradan öyrəndiyimiz ifadələr

  • Home
  • Muəlliflər
  • Doğulandan etibarən yaranan və sonradan öyrəndiyimiz ifadələr
M

Sizcə həyəcan ifadələri,mimikaları insandan insana ,bir cəmiyyətdən digər cəmiyyətə dəyişirmi? Həyəcan ifadələrinin təməlində insanın öyrənmə ,böyümə yaşantısı böyük rol oynayır. Digər yandan isə insanlar arasında olan ortaq ifadə dilindən söhbət gedirsə ,həyəcan ifadələrinin doğulan andan etibarən yarandığını deyə bilərik.

Gündəlik yaşamımızda insanlarla əlaqəmizdə ən vacib rolu yazılı və ya sözlü deyil ,duyğu və həyacanlarımızla sözsüz ifadə edirik. Üz ifadələrimiz, bədənimizin duruşu ,danışmaq tərzimiz ,əl-qol hərəkətlərimiz ,səsimizin tonu qarşımızdakı şəxsə hansı duyğular içində olduğumuzu aşkara çıxarır. Psixoloqlar gündəlik yaşamımızda mesajın yüzdə səksən beşinin sözsüz,digər on beşini isə sözlü danışdığımızın qənaətinə gəliblər.

Mimikaların anadangəlmə olduğunu Çikaqodakı Depol Universitetindən Linda Kamras da təsdiqləyib. O,üz hərəkətlərini kodlaşdırma sistemindən istifadə edərək Amerika və Yaponiyada dünyaya gələn körpələrin üzlərindəki reaksiyaları öyrənib. Məlum olub ki,körpələrin üz ifadələri tam eynidir.

Lakin mədəniyyətlər arasındakı ən böyük fərqlər visual əlaqə ,toxunuş və təhqirlə bağlıdır. Bunlara bir neçə misal deyə bilərik. Məsələn:İtalyanlar danışanda əllərini havada saxlayırlar , elə bil böyük bir auditoriyanın qarşısında çıxış edir.

Üstəlik,danışa-danışa yavaşca qarşısındakının qoluna toxunur, beləcə onun əlini qaldırmasına və auditoriyanı ələ keçirməsinə mane olurlar. Lakin britanyalılar və almanlar danışanda elə dayanırlar ki, sanki iflic olublar. Yaponyada üz ilə görüşmək ,öpüşmək nəzakətsizlik kimi qarşılanır və s.

Mədəniyyətlərarası fərqləri öyrənməyin ən yaxşı yolu xarici filmlərə baxmaqdır,amma səssiz və subtitrləri oxumadan baxmaqdır. Nə baş verdiyini anlamağa çalışın,sonra subtitrləri oxuyub,özünüzü yoxlayın.

Müəllif : Günəş Bayramova – Psixologiya Elmi-Tədqiqat İnstitutunun IV Könüllü Fəaliyyət Qrupunun üzvü

Share to Odnoklassniki