Narahat ayaqlar sindromu

sindrom-bespokoynykh-nog-u-pozhilykh-lyudey-bol

Bu sindromu olan insanlar yuxu və ya istirahət etdikdə, oturarkən, yatarkən, tam olaraq tərifini verə bilmədiyi ayaqlarda narahatlıq hissi keçirdiyini bildirirlər.

Narahat ayaq sindromu zamanı xəstələr aşağı hissədə baş verən qaşınma, gizilti, kəsici, batıcı ve sıxıcı ağrılar, həmçinin “qarışqa yeriməsi” hissindən şikayətlənirlər.

Bu xəstəliyə tez-tez rast gəlinsə də, diaqnozu nadir hallarda qoyulur. Praktik həkimlər adətən xəstənin şikayətlərini konkret xəstəliklə – nevroz, psixi stress, periferik damar ve oynaqların xəstəlikləri ilə əlaqələndirirlər.

Bu narahatlıq yuxusuzluq ve bununla bağli yorğunluq, diqqət azalması və şəxsiyyət dəyişikliyinə səbəb ola bilər.

Müalicəsi üçün dərman preparatları ilə yanaşı, axşam yatmazdan öncə yarım saat gəzmək, duş qəbulu, kofein tərkibli qidaları rasiondan çıxarmaq, alkaqol ve siqaretdən imtina etməklə müalicənin səmərəsini artırmaq mümkündür…

Müəllif : Xəyalə Zalıyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

 

Share to Odnoklassniki