Sxema terapiya

sema-terapi-ve-sema-kimyasi-nedir

İnsan doğulanda özünə, digər insanlara və dünyaya ( ətrafa, əşyalara,həyata,varlığa) dair sabit bilgi və inanclara sahib deyildir. Ancaq,insan “bilgi əldə etmək potensialına sahibdir”. Bu potensial ilə hansı şəkildə istifadə edəcəyi: yəni özü ilə, digər insanlarla və dünya ilə əlaqəli nə cür inanc və münasibətlərlə inkişaf etdirəcəyi əsas yaşamı ilə bir başa əlaqəlidir.

Sxemalar əsas həyatımızı asanlaşdırmaq: bizi qərarsızlıqdan xilas etmək hər vəziyyətdə hər şeyi yeni başdan öyrənmək zəhmətindən xilas etmək kimi funksiyalara sahibdir. Sxemalar zamanla dəyişməz, şərtsiz qəbl edilən dəyərləndirmələr halına gəlirlər. Bu xüsusiyyətlər sayəsində şemalar getdikcə möhkəmlənir, dəyişməsi daha çətin hala gəlir.

Sxemalar, bizə gələn məlumatı dəyərləndirməyə yönələn filtr, süzgəc rolunu oynayırlar. Sxema terapiyasında istifadə edilən şema anlayışı erkən dövr uyğunsuzluq sxeması kimi qeyd edilir. Sxema terapiya özümüzlə və digər insanlarla əlaqəli olaraq inkişaf etdirdiyimiz neqativ, uyğunsuzluq şemaları əlaqələndirilir.

Psixoloji problemlərin yaranması:

Sxema terapiyada uyğunsuz sxemaların, əsas ehtiyacların qarşılanması ilə ortaya çıxdığı düşünülür. Sxemalar uşaqlıq və yeniyetmələrin əsas ehtiyaclarının ödənilməsi ilə ortaya çıxdığı kimi, yetkinlik dövründə əsas ehtiyacların qarşılanmamasına səbəb olurlar. Sxemaların yaranmasına təsir göstərən əsas ehtiyaclar bunlardır:

Digərlərinə Güvənli Bağlanma( güvən, stabillik, baxım, qəbul edilən yanaşma)

Hərəkətin azadlığı, yetərlilik, şəxsiyyətin müsbət forması.

Duyğuların ifadə azadlığı

Spontanlıq və oyun

Real həddlər və özünü idarə etmək

Bu əsas ehtiyaclar insanda var olan “öz”ün ortaya çıxarda bilməsi və insanın “özünü gerçəkləşdirməsi” üçün qarşısını almaq ehtiyacı duyurlar.

Müəllif : Səidə Urufova – Psixologiya Elmi-Tədqiqat İnstitutunun IV Könüllü Fəaliyyət Qrupunun üzvü

Share to Odnoklassniki