Asılılıq necə yaranır? Ondan qurtulmaq niyə bu qədər çətindir?

bağimlilik

Kimyəvi maddələrə qarşı asılılıq artıq xroniki beyin pozuntusu kimi dəyərləndirilir. İnsanı dəfələrlə narkotik və ya spirtli içki qəbul etməyə sövq edən hüceyrə səviyyəsindəki pozuntulardır.

Hər maddənin asılılıq yaratma müddəti fərqlidir. Ancaq nəticə eynidir – kimyəvi və psixoloji asılılıq yaranır (bədəndə hiss olunur). Üstəlik bunlardan ən təhlükəlisi psixoloji asılılıqdır. Onun nəticəsində relapslar yaranır və insanlar əvvəlki sağlam həyatlarına qayıda bilmirlər.

Bütün asılı olmayan sağlam insanlar onları qınayır və insanların necə maddə asılısı ola biləcəkləri haqqında düşünürlər.

Amma sizə desəm ki, hər kəs asılılıq problemi ilə üzləşə bilər?

Güclü emosional şok, dağıdıcı və ardıcıl baş verən uğursuzluqlar, həyatın müəyyən bir dövründə yaşanan emosional zəiflik asılılığın yaranması üçün kifayətdir.

Əsas məqam elə bütün bunlardan ibarətdir – əvvəllər normal sosial həyatı olan bir adam tez bir zamanda asılılıq uçurumundan düşür. Kimyəvi maddələr (narkotik maddələr, alkoqol və ya hətta nikotin) beyni stimullaşdırır, şüuru dəyişdirir və eyforiya epizoduna səbəb olur. Vaxt keçdikcə bu maddələrin istifadəsi insanın sevinc, diqqətsizlik və xoşbəxtlik hisslərini yaradan yeganə seçimə çevrilir. Bu maddələrin istifadəsi problemlərdən xilas olmaq üçün vasitə rolunu oynamağa başlayır.

Asılılıq bütün orqanizmi, xüsusən də sinir sistemini tükədir. Bundan əlavə şəxs maddə qəbul etmədən hissləriylə mübarizə apara bilmir. Asılılıqdan əziyyət çəkən şəxs maddə istəyindən (damlalar vasitəsilə, klinikada müalicə zamanı) qurtulsa belə, psixoloji asılılıq emosional narahatlıq zamanı dərhal özünü xatırladır.

Müəllif : Nərmin Quliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq

Share to Odnoklassniki