Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 13.08.2021 tarixində baş tutdu.
Qonağımız, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Sosial Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin Uşaq Psixologiya bölməsinin rəhbəri, Bakı Dövlət Universitetinin doktorantı və müəllimi, psixoloq Mətanət Əliyeva, mövzu isə “Düşüncə xətaları” oldu.
Zoom platforması üzərindən tədris olunan vebinarda Mətanət xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. Görüş iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.
Qeyd edək ki, layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.