Sosial mediada məqsədsiz formada vaxt keçirən insanların fərqində belə olmadıqları əsas hədəfi zehni bir şeylərlə məşğul etməkdir.Zehnimizdə narahat edən fikirlərin olması və bunun yaratdığı stresslə mübarizə apara bilməməsi bizi bu kimi davranışlara sürükləyir.
Bir müddət sonra isə sosial mediada keçirdiyimiz vaxtın artdığını hiss edərik.Zamanla bu artım davam edər və bütün həyatımıza təsir göstərməyə başlayar.
Bəs sosial mediada keçirdiyimiz vaxt niyə zamanla artar?
Ağlımızda olan və bizi narahat edən fikirlərdən uzaqlaşmaq və zehnimizi məşğul etmək üçün istifadə etdiyimiz bu üsulun bir müddət sonra bizə kifayət etmədiyinin fərqində olarıq.Çünki daim eyni şeylə məşğul olmaq bir müddət sonra artıq marağı itirir.
Sosial mediya səhifələrinin tez-tez mövzuları dəyişdiyini görürsüz.Bunun məqsədi sizdə yaranan maraqsızlığı aradan qaldımaqdır.
Nə qədər bu maraqsızlığı aradan qaldırmağa dair addımlar atsalar da bunu tamamilə azalda bilməzlər çünki sosial mediada keçirdiyiniz vaxt çoxdur.Bir müddət sonra bu maraqsızlıq ortaya çıxar və insan ağlındakı narahat düşüncələri uzaqlaşdıra biməz.
Ağıldakı narahatedici düşüncələr stress yaradır və insan bu stressi basdırmaq istəyər.Bunu basdırmaq üçün də ən asan yol sosial media olduğu üçün orada daha çox zaman keçirməyə başlayır.Sosial mediadan daha çox istifadə isə zehnimizi məşğul etmək xüsusiyyətini getdikcə itirir.Bu da stress səviyyəsini daha da artırar.Bu müddər “kısır döngüyə” girər və daha sonrasında insanlar sosial mediyada keçirdiyi zamanı sorğulamağa başlayarlar.Bu sorğulmadan sonra fərqindəlik artar və sosial mediada çox vaxt keçirdiyini dərk edib,bundan qurtulmaq istəyər.
Bu fərqindəliyi erkən dövrdə yaşayan insanlar sosial mediyada keçirdiyi vaxtı daha asan kontrol altına ala bilir.Getdikcə daha az istifadə etməyə başlayar və hətta sosial media profillərini bağlayarlar.
Bəzi insanlar isə bu halı asılılıq vəziyyətinə gətirərlər və heç bir dəyişiklik edə bilməzlər.Bu vəziyyət isə stress səviyyəsini daha da artırar.
Bəs necə asılı olarıq?
Sosial mediada zaman keçirmək stressdən uzaq qalmağımıza kömək etdiyi üçün bir müddət sonra sosial media həll yoluna çevrilər.İnsanlar stressdən uzaq durmaq istədiyi hər an sosial mediyaya yönələr.İlk vaxtlarda bu işə yarasada bir müddət sonra sosial mediaya qarşı toleransımız artar və stressdən uzaq durmağımız üçün artıq faydalı olmaz.Nə qədər faydalı olmasa da bir müddət sonra sosial medianı hansı məqsədlə istifadə etdiyimizi unudarıq və məqsədsiz olaraq kontrolsuz bir formada sosial mediada olmaq istəyi hiss edərik.
Bu istəklə mübarizə apara bilməyən insanlar bir müddət sonra sosial mediadan asılı hala gəlirlər.Nə qədər uzaq durmaq istəsələr də bu alınmır.
Nəticə etibarilə soial media asılılığı yaranmış insanlar psixoloji dəstəyə ehtiyac duyarlar.
Müəllif : Gülər Zaman – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu