Tətbiq edə biləcəyiniz və müsbət düşünməyə zəmin yaradacaq bəzi vərdişlər mövcuddur.
Bunlar aşağıdakılardır:
Mənfi situasiyaya müsbət cəhətdən baxmağa çalışın
Mənfi bir duruma müsbət tərəfdən baxmağın ən asan və təsirli yolu mümkün olduğu qədər çox sual verməkdir. Məqsəd o durum içindəykən yaxşını tapmaq ve problemi fürsətə çevirməkdir.
Müsbət bir mühitdə yaşayın
Kiminlə zaman keçirmək və nə etmək istədiyinizi diqqətli bir formada müəyyən etmək. Ətrafınızdakı insanları, müşahidə etdiklərinizi, dinlədiklərinizi və oxuduqlarınızı. Müsbət münasibəti qorumaq üçün həyatınızda dəstəkləyici ünsürlər olmalıdır. Sizi pessimist edən şeylər yerinə canlandıran insanlar və tədbirlər axtarın.
Asta gedin
Çox tez getmək işlərin çətinləşməsinə səbəb ola bilər. Tez düşünür, tez danışır, tez hərəkət edirsiniz. Buna görə də stressli həyatlar yaşayırsınız. Yaxşı vərdişlər əldə etməyin yolu daha asta olmaqdan keçir.
Dayanın – Nəfəs alın – Fikrinizi cəmləyin
Lazımsız şeyləri dağ kimi böyütməyin. Əsasən də stresslisinizsə ve tez hərəkət edirsinizsə, perspektivi dəyişmək çox asan olacaq. Bu səbəblə mənfi hisslərin sizi tükətməsini hiss edirsinizsə dayanın, nəfəs alın və düşüncələrinizə yenidən fikrinizi cəmləyin.
Ətrafınızdakılara müsbət enerji ötürün
Nə versəniz, onu alarsınız. Başqalarına davranış şəkliniz və onlara aid düşüncələriniz eyni şəkildə özünüzə davranışınızı və öz haqqınızdakı düşüncələrinizə də təsir edər. Kömək etməyə, dinləməyə və gülümsəməyə başlayın.
Sağlam həyat tərzi
Müntəzəm idman edin, sağlam qidalanın və yaxşı dincəlin. Beləliklə bədəniniz və zehniniz gümrah olar. Düşüncələrinizi idarə edəcək və mənfi cəhətlərin hamısını silmək üçün enerjini tapa biləcəksiniz.
Günə pozitiv başlayın
Günə necə başlasanız, geri qalanı da elə keçəcəkdir. Buna görə səhərlər necə hiss etdiyinizə diqqət edin.
Gülümsəyin! Pozitiv insanlar tez-tez gülümsəyər
Gülümsədiyiniz zaman hörmət, müsbət enerjilər göndərmiş olarsınız. Əslində gülümsədiyiniz zaman beyninizə hər şeyin yolunda olduğu mesajını göndərmiş olursunuz. Gülümsədiyiniz zaman hər şey asanlaşar.
Tərcümə müəllifi : Fatimə Əhmədova – Psixologiya Elmi-Tədqiqat İnstitutunun IV Könüllü Fəaliyyət Qrupunun üzvü