Boşanmanın səbəbləri və çıxış yolları

Couple going through divorce signing papers

Kimsə evliliyə boşanma niyyəti ilə başlamaz və əksəriyyət bu evliliyin sonsuza qədər davam edəcəyindən əmin olduğu üçün evlənər. Böyük sevgi hekayələri ilə, cox böyük ümidlərlə qurulan ailələr bir gün boşanma qərarı alar.

Bəs hansı səbəblərdir cütlükləri boşanmağa sövq edən?!

Bu səbəblər münasibətin şəklinə , yaşayış şərtlərinə və ətraf mühit təsirinə görə dəyişir.

Günümüzdə ən çox bu səbəblərdən boşanma halları qeydə alınır :

Evlilikdə gözləniləni tapa bilməmək ;

Evliliyin ağır məsuliyyəti və yorğunluğu ;

Evliliyin monotonlaşması ;

Cütlər arasında sevginin hörmətin itməsi ;

Cütlər arasındakı ünsiyyətin səmərəsiz olması ;

Cinsi problemlər – uyumsuz cinsi həyat ;

Xəyanət ;

Fərqli xarakterlərə sahib cütlüklər ;

Hər hansı bir səbəbdən övlad sahibi ola bilməmək ;

Şəxsiyyət pozuntuları və cütlüklərdə psixoloji problemlər ;

Məişət zorakılığı ;

Həyat yoldaşlarının ailələri ilə problemlər ;

Maddi problemlər ;

Alkoqol, maddə, qumar asılılığı ;

Cinayətə qarışan və cinayət törədən cütlüklər ;

Mədəni fərqlər ;

Uşaq tərbiyəsi mövzusunda razılığa gələ bilməmək.

Bəs boşanma qərarı necə verilir?!

Əlbəttə ki cəmiyyətdə bu qədər boşanmış ve ya bu qərarı verən cütlükləri görmək birbaşa insan psixologiyasına mənfi təsir göstərir. Onların həm ruh , həm də psixoloji durumunu pozur. Ona görə cütlüklər bu qərarı almadan öncə evliliyi xilas etmək adına əllərindən gələni etdiklərinə əmin olmalı. Bütün xilasetmə addımları atılmış, bütün yollar sınaqdan keçmiş olmalıdı.

Bu dönəmdə cütlüklərin psixoloqdan evlilik terapisi dəstəyi alması, evliliyi xilas etmə ehtimalı üçün gərəklidi. Cünki bəzən cütlüklər problemlərini öz aralarında həll edə bilmirlər və bunun həlli yolu olmadığını düşünürlər. Bu səbəbdən psixoloq ilə görüşüb bir mütəxəsisin gözündən vəziyyəti dəyərləndirməkdə fayda var. Ümumiyyətlə evliliyin boşanma ilə nəticələnməməsi üçün, ailələrin zaman- zaman evlilik terapiyası alması önəmlidir.

Müəllif : Günay Məmmədova – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki