Cütlük münasibətləri

shutterstock_795542197

Belə bir deyim var ki, kişilərin maskası əldə etdikdən sonra , qadınların maskası uşaq olduqdan sonra düşər. Sevgililik və ya nişanlı vaxtında hər şey ideal olur, hər iki tərəf xoşbəxtdir, hər şey öz qaydasında davam edir. Lakin , evlilik vaxtında birdən birə münasibətlər pozulur, darmadağın olur. Bunun səbəbi sevgililik və ya nişanlı dönəmində hər iki tərəf bir birlərinə qarşı özlərini ən yaxşı formada təqdim edirlər. Hədiyyələr, əyləncəli anlar, gəzməklər, sürprizlər , sevgi sözləri və s. bir sözlə sevdiyini göstərmək üçün əlindən gələn , hətta artığını edirlər. Bununla da evlilikdən gözlənti yüksek səviyyədə olur . Amma gərək reallıqla barışaq ki , evlilikdə bunlar ancaq hansısa özəl günlərdə (ad günləri ,evlilik ildönümündə və s.) olur. Bəzənsə heç olmur. Bu kimi gözləntilərin qarşılanmamasi və ya böyüklər, kənar şəxslərdən müdaxilələr başlayır, ailə məişət problemləri , məsuliyyətlər və buna bənzər digər problemlər möhkəmlənə bilmədən ailənin dağılmasına, boşanma ilə nəticələnməsi nə gətirib çıxarır.

Cütlük münasibətlərində demək olar ki hər iki tərəflərin istəkləri eynidir: hüzur, sevgi, qayğı , xoş münasibət, yaxınlıq, sayğı.

Evliliyimizin uzunömürlü olması üçün nə etmək lazımdır?

* Bir birinizi günahlandırmaqdan əl çəkin

* Axşamları yoldaşınızla vaxt keçirmək üçün xoş bir ortam yaradın

* Bir-birinizin ailəsi ilə bağlı ( daha çox anası ilə) sözlərdən istifadə etməyin

* Ünsiyyət vacibdir . Hər hansı bir mövzuda danışmaq olar baxdığınız proqram, günlük problemlər, kino haqqında və s fikir alış verişində olmaq lazımdır

* Heç danışmasanızda yaxın mesafede durmaq ( araşdırmalar göstərir ki iki insanın yaxın mesafede durması onda hormon dəyişikliyi yaradır və qarşıdakı şəxsə seksual meyillilik yaradır. Məhz buna görədə aldatmalar yaxın ətrafdakılarla daha çox olur ( iş yoldaşları , qonşu, qohumlar arasında ) Yoldaşınıza yaxın olunki heç kəs boşluq tapmasın

* Cinsəllik periodunu düzgün tənzimləmək

* Və ən əsas evlilikdən səhv , həqiqətdən uzaq olan gözləntilərin çox olmasıdır. Gözləntiləri azaldaraq xoşbəxtliyinizi artıra bilərsiniz!

Müəllif : Aytən Əlizadə – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki