13.07.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Abituriyentlərin qəbul imtahanına psixoloji hazırlığı: həyəcan və stressin idarə olunması” mövzusunda vebinar keçirildi.
Vebinar Psixoloji Xidmət və Reabilitasiya mərkəzinin mütəxəssisi , psixoloq Leyla Əliyevanın təqdimatında baş tutdu.
“Abituriyentlərin qəbul imtahanına psixoloji hazırlığı: həyəcan və stressin idarə olunması” mövzusunda seminarda Leyla xanım imtahandan bir gün öncə və imtahan günü diqqət edilməli olan məqamları abituriyentlərin nəzərinə çatdırdı, həmçinin onlara imtahan zamanı həyəcan və stressi doğru formada idarə etmək üçün texnikalar öyrətdi.
Zoom platforması üzərindən tədris olunan vebinarda abituriyentlərlə sual-cavab, qarşılıqlı diskussiya şəklində davam edən vebinar vizuallaşdırma texnikasının tətbiqi ilə sona çatdı.