“Psixoterapevtik Texnikalar” workshopu

213569532_985657268868440_1061551641709347926_n

 

 

 

 

 

 

 

 

 

 

 

 

Görüntülər Zoom platforması üzərindən baş tutan “Psixoterapevtik Texnikalar” workshopunu əks etdirir.

6 saatlıq proqramı əhatə edən, 10.06.2021, 12.06.2021 tarixlərində baş tutan workshop Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşları, klinik psixoloq Nuranə Salmanlı və BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında keçirildi.

Mütəxəssislər iştirakçılara proqram üzrə psixoterapiyada istifadə olunan 20 müxtəlif texnika haqqında geniş informasiya verdi, həmin texnikaların praktikada tətbiqini öyrətdi, daha sonra isə onların suallarını cavablandırdılar.

İnteraktiv keçən workshop iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Mələk xanım və Nuranə xanıma öz dəyərli zamanlarından ayırıb bilik və təcrübələrini iştirakçılarla paylaşdıqları üçün təşəkkürümüzü bildirir, iştirakçılara növbəti təlim və vebinarlarımızda görüşmək ümidi ilə uğurlar arzu edirik!

Share to Odnoklassniki