Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq Psixologiyası Staj Proqramı tədris olunmağa başladı.
Qeyd edək ki, təcrübə proqramı Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq Psixologiya bölməsinin rəhbəri, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunur.
Proqram çərçivəsində ilk mövzu olaraq Uşaq psixologiyası haqqında nəzəri və praktik aspektdən zəruri biliklər iştirakçılara çatdırıldı, ilk dərsi əhatə edən dərs materialları ilə təmin olundular.
İlk dərs kurs iştirakçıları tərəfindən böyük maraqla qarşılandı, onlar öz məmnuniyyət rəylərini bizimlə paylaşdılar.
60 saatlıq staj proqramı 48 saat nəzəri dərs və 12 saat praktik məşğələdən ibarət olacaq, 3 ay müddətində davam edəcək. Proqrama DSM 5, Kaplan&Sadock, psixoterapiyada istifadə olunan dəyərləndirmə testləri və metodikalar daxildir.
Peşəkarlıqla tədris olunan kurs üçün Mətanət xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!