Azərbaycan Respublikası Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə məktəblərdə “Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlər davam edir.

  • Home
  • Xəbərlər
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə məktəblərdə “Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlər davam edir.
182790569_945801176187383_874686915868923902_n

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə məktəblərdə “Abituriyentlərin imtahana psixoloji hazırlığı, həyəcan və stress” mövzusu üzrə təlimlər davam edir.

03.05.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, ADPU-nun doktorantı, müəllimi, psixoloq Ülviyyə Nəhmətovanın təqdimatında 229 nömrəli tam orta məktəbin abituriyentlərinə, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Leyla Əliyevanın təqdimatında 214 nömrəli tam orta məktəbin abituriyentlərinə eyniadlı təlimlər tədris olunmuşdur.

Təlimlərin keçirilməsində məqsəd abituriyentlərdə stress və imtahan həyəcanının idarə olunması, özünəinam və motivasiyanın yüksəldilməsidir.

Uğurla tədris olunan təlimlər üçün əməkdaşlarımıza təşəkkürümüzü bildirir, abituriyentlərə uğurlar və müvəffəqiyyətlər arzu edirik!

182740762_945801162854051_5212976433696426124_n 182928141_945801169520717_6164735437221906956_n 182937459_945801159520718_2720173665542215196_n 183153978_945801166187384_2005397171089856714_n 183722868_945801179520716_3319510081493246009_n

Share to Odnoklassniki