Tələbə Təcrübə Proqramı (9-cu həftə)

183734221_946306886136812_3686286596966018013_n

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramına əsasən bu həftənin yekununu sizinlə paylaşırıq:

03.05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərovanın təqdimatında “Özgüvənin formalaşması” mövzusunda təlim;

04.05.2021 – Layihələrin İdarə Edilməsi şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin İsazadənin təqdimatında “Reign over me” filminin analizi;

05.05.2021 – İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nərmin Xəlilova ilə psixoloji konsilium;

06.05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Fuad Əsədovun təqdimatında “Posttravmatik stress pozuntusu” mövzusunda təlim;

07.05.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında “Sxema terapiya” təlimi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşlarımıza öz bilik və təcrübələrini tələbələrlə paylaşdıqları üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik!

WhatsApp Image 2021-05-09 at 10.38.29 (10)WhatsApp Image 2021-05-09 at 10.38.29 (12)WhatsApp Image 2021-05-09 at 10.38.29 (9)WhatsApp Image 2021-05-09 at 10.38.29 (11)WhatsApp Image 2021-05-09 at 10.38.29 (4)WhatsApp Image 2021-05-09 at 10.38.29 (5)WhatsApp Image 2021-05-09 at 10.38.29 (2)WhatsApp Image 2021-05-09 at 10.38.29 (1)WhatsApp Image 2021-05-09 at 10.38.29WhatsApp Image 2021-05-09 at 10.38.29 (3)    WhatsApp Image 2021-05-09 at 10.38.29 (1)WhatsApp Image 2021-05-09 at 10.38.29 (8)WhatsApp Image 2021-05-09 at 10.38.29 (7)

Share to Odnoklassniki