Məktəb psixoloqları üçün maarifləndirici vebinarlarımız davam edir.
13.03.2021 tarixində məktəb psixoloqları üçün Microsoft Teams platforması üzərindən növbəti vebinarımız baş tutdu.
2 saat davam edən vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında keçirildi, “Yeniyetmələrdə intihar cəhdləri” mövzusuna həsr olundu.
İştirakçıların məmnuniyyət dolu təəssüratlarına səbəb olan vebinar üçün Gülər xanıma təşəkkürümüzü bildirir, məktəb psixoloqlarına növbəti vebinarlarımızda görüşmək ümidilə uğurlar arzu edirik!