“Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimləri” davam edir.

  • Home
  • Xəbərlər
  • “Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimləri” davam edir.
IMG-20201216-WA0109
Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimləri” davam edir.
Növbəti təlimlər proqram üzrə “Psixoloji məsləhət prosesinə başlayarkən” mövzusunda 16.12.2020 tarixində müvafiq qruplar üzrə Sosial Psixologiya şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, psixoloq Əli Xəlilov, Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi Mətanət Əliyeva, Elmi-metodiki şöbənin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyeva, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zaman, İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşları, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, uzman psixoloq Nəzrin Məmmədzadə və klinik psixoloq Nərmin Xəlilova tərəfindən tədris olunub.
Layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürümüzü bildirir, layihə iştirakçılarına uğurlar arzu edirik.
Share to Odnoklassniki