15.12.2020 tarixində Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimləri”nə start verilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının böhran vəziyyətində olan şagirdlərə onlayn psixoloji dəstəyin göstərilməsi üçün bilik və bacarıqlarının artırılmasıdır.
Təlimlərə ölkə üzrə 800 nəfər məktəb psixoloqu cəlb olunub. Qeyd edək ki, təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Teams platforması üzərindən hər biri 30 nəfər məktəb psixoloqundan ibarət qruplar üzrə tədris olunur.
Layihənin proqramı üzrə ilk təlim “Distant psixoloji məsləhət prosesinə giriş” mövzusuna həsr olunub və müvafiq qruplar üzrə Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında tədris olunub.
Layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürümüzü bildirir, layihə iştirakçılarına uğurlar arzu edirik.
Ek alanı