Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir.

  • Home
  • Xəbərlər
  • Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir.
IMG-20200118-WA0333

“Ölkə.Az” xəbər verir ki, Bəxtiyar Əliyev Bakı şəhəri, Yasamal rayonunda məskunlaşan ağdamlı seçicilərlə görüşüb.
Seçicilərin böyük fəallıq və maraq göstərdikləri görüş yenə də möhtəşəm alınıb. Bəxtiyar Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət, son illərdə Azərbaycanda reallaşdırılan layihələr, sosial-iqtsadi inkişaf, sosial rifahın yüksəldilməsi, qarşıya çıxan problemlərin həlli üçün görülən işlər barədə geniş danışıb.
B.Əliyev deyib ki, bir çox ölkələrdə iqtisadi böhranın dərinləşməsinə, münaqişələrin və müharibələrin alovlanmasına baxmayaraq Azərbaycan sürətlə davamlı inkişaf edir, sabitlik və insanların təhlükəsizliyi tam təmin edilib və insanların yaşayış səviyyəsi ildən-ilə yüksəlir.
O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından, ev-eşiyindən didərgin düşən məcburi köçkünlərin, o cümlədən ağdamlı köçkünlərin problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə bu sahədə böyük işlər görülüb, yeni qəsəbələr salınıb, məcburi köçkünlərin yaşayış və işsizlik  problemləri həll olunub.
B.Əliyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və platformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq, daima doğma ağdamlılarla bir yerdə olacaq, onların hər bir problem və çətinliklərinə öz problemi kimi yanaşacaq.
Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seciçilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, həmişə seçiciləri ilə bir yerdə olub:“Biz Bəxtiyar Əliyevin necə fəaliyyət göstərdiyndən və gördüyü işlərdən yaxşı xəbərdarıq. Bəxtiyar Əliyev seçicilərilə mütəmadi görüşlər keçirir, onların qayğılarına diqqətlə yanaşır. Onun Milli Məclisdəki və ictimai həyatdakı fəaliyyətini həm də mətbuat vasitəsilə izləyirik. Bəxtiyar müəllimi nümunəvi deputat hesab edirik. O, deputat olduğu dövrdə ağdamlıları başqalarının yanında utandıran, başı aşağı edən hərəkətə yol verməyib və biz əminik ki, bundan sonra da verməyəcək. Belə bir deputatımızın olması ilə fəxr edirik. Bizim başqa deputata ehtiyacımız yoxdur”.
Ağdamlılar bu il 9 fevraldakı seçkilərdə deputatlığa namizəd Bəxtiyar Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda B.Əliyev seçicilərin suallarını cavablandırıb, görüşə gəldiklərinə və ona dəstək verdiklərinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron rayonunda məskunlaşmış ağdamlılarla görüşüb. Deputatlığa namizədin seçicilərlə görüşləri davam edir.http://olke.az/m/news/detail/bextiyar-eliyev-secicilerle-gorusdu-fotolar-178940

 

Share to Odnoklassniki