Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə görüşdü.

  • Home
  • Xəbərlər
  • Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə görüşdü.
IMG_1097

Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə görüşdü. Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin deputatlığına namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev 17.01.2020 tarixində Abşeron rayonunda Ağdamdan olan məcburi köçkün seçiciləri ilə görüşüb.Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, Dövlət başçısının məcburi köçkünlərə diqqət və qayğısı haqqında söhbət açılıb.Məcburi köçkünlər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatları, ölkəmizin günbəgün inkişafını, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını, onların yeni tikilən müasir yaşayış komplekslərinə köçürülməsini yüksək qiymətləndirib və daim Dövlət başçısı ətrafında sıx birləşdirdiklərini diqqətə çatdırıblar. Məcburi köçkünlər həmçinin deputatlığa namizəd Bəxtiyar Əliyevin indiyə qədər Milli Məclisin üzvü kimi fəaliyyətini yüksək qiymətləndiriblər.
Bildirilib ki, B.Əliyev Milli Məclisin üzvü olduğu müddətdə daim seçicilərini diqqətdə saxlayıb, müntəzəm olaraq seçiciləri ilə görüşüb və onların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görüb. Seçicilər B.Əliyevin seçicilər arasında rəğbət qazandığını qeyd edərək seçkilərdə ona səs verəcəyini diqqətə çatdırıblar.
Share to Odnoklassniki