HƏYAT ANALİZİ

LiquidOfLife1

Hər bir insan həyatını, zamanını planlı şəkildə yaşamağı öyrənməlidi.Çünki ancaq bu zaman həyatda istədiyiniz uğura çata, istədiyiniz nəaliyyətləri əldə edə və istədiyiniz həyatı yaşaya bilərsiniz.Bunun üçün nə istəyinizi bilməyiniz, hədəflərinizi təyin etməyiniz, onlara doğru irəliləməyiniz çox vacibdir.Xoşbəxt olmaq üçün də çox zaman əslində bunlar kifayət edir.Əgər bir insan bu həyatda nəyi və niyə istədiyiniz bilmirsə, o zaman xoşbəxtlik ondan çox uzaqadır demək.Bəlkə də xoşbəxtlik onun çox yaxınındadır, lakin o tamam əks tərəfə baxdığı üçün o xoşbəxtliyi görməyəcəkdir.Nə istədiyini bilməyən insan onu nələrin xoşbəxt edəcəyini də bilməyəcəkdir.Beləliklə bu həyatda suyun üzərinə düşən yarpaq kimi, necə ki su onu hara aparırsa yarpaq da gedir, həyat da onu öz axarına alıb aparacaq.Siz buna razı olmayın.Həyatdakı məqsədlərinizi yazmağa və onlar haqqında düşünməyə elə indidən başlayın.Sizə köməkçi olacaq bəzi suallar təqdim edirəm.Bu sualları ayda bir dəfə cavablandırıb həyatınızı analiz edə və daha yaxşısını etməyə çalışacaqsınız.

Mənim indiki vəziyyətim

Fiziki vəziyyətim

Mənim indiki sağlamlığım məni qane edirmi?

Mən hansı fiziki sağlıq vəziyyətindəyəm?

Mənim qiymətləndirməm nəyə əsaslanır? Nə dərəcədə obyektiv qiymətləndirmədi?

Mütəmadi olaraq orqanizmi möhkəmləndirmək üçün idmanla məşğul olurammı?

Öz fiziki sağlamlığımın qayğısına qalırammı?

Çəkim nə qədərdi?

Mən düzgün qidalanırammı?

Yetərincə yatırammı?Yuxum mənə istirahət verirmi?

Ruhi və psixi vəziyyətim

Məni indiki ruh halım qane edirmi?

Ruhi rahatlıq, sakitlik və xoşbəxtlik hiss edirəmmi?

Mənim həyatımın hansı sferasında narahatlıq və gərginlik var (ailədəki münasibətlər, iş, iqtisadi vəziyyət)?

Özünü tərbiyyə və fərdi inkişafla məşğul olurammı?Hansısa treninq,kurs,seminarda iştirak edirəmmi?

Mən öz motivasiyamı və ruh halımı necə yüksəldə bilərəm?

Xəyallarım varmı?Mən onların reallaşması üçün nələr edirəm?Həyatda hansı məqsədlərim var?

Yuxarıdakı bəndlər həyatımızda çox böyük önəm daşıyır.Əgər siz öz fiziki və ruhi sağlamlığınızın qayğısına qalmasanız, o zaman qalan heç bir şeyin heç bir anlamı olmaz.Belə ki, bədənin və ruhun vəziyyəti sizin digər sahələrdə inkişafınıza birbaşa təsir edir.

Ailə həyatım

Bugünkü gündə mənim ailə vəziyyətim necədir?Məni ailədəki atmosfer qane edirmi?Ailə üzvləri ilə əlaqələrim necədir?

Ailədə məni narahat edən nələrsə varmı?Mən vəziyyəti dəyişmək üçün nə edə bilərəm?

Mənə ailə nə üçün lazımdır? Ailənin mənim üçün və cəmiyyət üçün kəsb etdiyi məna nədir?

Ailəmə yetərincə zaman ayıra bilirəmmi?

Ailəmin ehtiyacları və tələbatları haqqında nə qədər məlumatım var?

Ailə üzvlərimin hobbiləri hansılardır?

Ailəmdə nəyi dəyişmək istərdim?

Ailəm haqqında hansı gələcək planlarım var?

İş həyatım

Nə üçün işləyirəm?

İşimin mənim üçün, ailəm üçün, insanlar üçün, Vətənim və dünya üçün hansı faydaları var?

İşimi bəyənirəmmi?İşim mənə maddi və mənəvi məmnuniyyət gətirirmi?

Mənim işim mənim xəyallarımım gerçəkləşməsi üçün mənə kömək edirmi?Digər həyati məqsədlərim üçün yetərlidirmi?

5ildən, 10ildən sonra hansı işlə məşğul olmaq istərdim?

Fəaliyyətimdə nəyi dəyişə bilərəm?

İqtisadi vəziyyətim

Mənim iqtisadi vəziyyətim hansı vəziyyətdədi?Məni qane edirmi?

Maliyyə planım varmı?(illik, 5illik,10illik)

Maliyyə vəziyyətim haqda narahatlıqlarım varmı?Öz gələcəyim və uşaqlarımın gələcəyi üçün maliyyə baxımından rahatammı?

Gəlir sahəm hansılardı?(İşim, sahibkarlıq, biznes, investr)

Mən vəsaitimi ağıllı xərcləyirəmmi?

Borclarım varmı? Mənə borcu olanlar varmı?

Mən iqtisadi vəziyyətimin daha da yaxşı olması üçün nələr edə bilərəm?

Ev

Öz evim varmı? Varsa hansı vəziyyətdədi?

Evimin olduğu ünvan mənim xoşuma gəlirmi?Əgər xoşuma gəlmirsə evimin harda olmağını istərdim?

Mən yaşayış yerimi daha da yaxşılaşdırmaq üçün daha nələr edə bilərəm?

Sosial vəziyyətim

Mənim ətrafımdakı insanlar necə insanlardır?

Mənim insanlarla qarşılıqlı münasibətlərim necədir?

Məni insanların qayğı və problemləri maraqlandırırmı?İnsanlara problemlərinin həllində kömək edirəmmi?

Mənə ətrafımdakılar kömək edirlərmi?

Başqalarına fikirlərimlə təsir edə bilirəmmi? Dinləməyi bacarırammı?

Münasibətdə olduğum insanları qiymətləndirməyi bacarırarmı?Bunu necə edirəm?

Məni ətrafımdakılar necə dəyərləndirir?

Mənim dostlarım varmı?Dostlarımla münasibətlərimi necə inkişaf etdirə bilərərm?

Mənim insanlarla qarşılıqlı münasibətlərim mənim inkişafıma necə təsir edir?Mənim ünsiyyətdə olduğum insanlar məni inkişafa aparırlarmı?

Cəmiyyətdəki vəziyyətimi necə qiymətləndirirəm?Mən cəmiyyət üçün, Vətənim üçün, yaşadığım ölkə üçün faydalı olan nələri edirəm?

Cəmalə Əlirzayeva

Həkim-pediatr,psixoterapevt

Share to Odnoklassniki