Bakı Dövlət Universiteti Psixologiya Kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət Mərkəzinin rəhbəri, konsultant, hipnoterapevt Kamilə Kazımovanın təqdimatında “OBSESSİV-KOMPULSİV POZUNTUNUN YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI” təliminə dəvət edirik.
Yalnız nəzəriyyə deyil, həmçinin praktik çalışmalarla zəngin təlim qeyd olunan mövzuları əhatə edəcək:
✅Obsessiv-kompulsiv pozuntunun mahiyyəti, klinik-psixoloji təsviri, tarixi.
✅Obsessiv-kompulsiv pozuntuya müxtəlif yanaşmalar.
✅Obsessiv-kompulsiv pozuntunun yaranma səbəbləri; nələr obsessiv-kompulsiv pozuntu hesab olunur?;
✅Obsessiv-kompulsiv pozuntunun simptomları, inkişaf etməsində risk amilləri;
✅Obsessiv-kompulsiv pozuntuda fərqli görüntülər ( kimlərdə necə təzahür edir?);
✅“AĞ AYI” testi (PRAKTİK ÇALIŞMA). Zehni nəzarət paradoksu.
✅Obsessiyalara qalib gəlmə;
✅Obsessiv-kompulsiv pozuntuların aradan qaldırılmasında psixoterapevtik metodlardan istifadənin rolu ( relaksasiya, hipnoterapiya, koqnitiv terapiya, geştalt terapiya, art-terapiya və s.).
Təlim 28 Aprel 2019-cu il tarixində saat 13:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcəkdir.
Təlimdə iştirak ödənişlidir.
Ödəniş: 30 AZN, tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 15 AZN təşkil edir.
ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR!
Direct yazın, qeydiyyat linkini göndərək.
Bizimlə əlaqə: 070 268 27 08 ( mob/ what’s app)