Məktəblinin dostu” layihəsi

57073721_431162097651296_8468193301613248512_n

Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərin psixoloqlarına sertifikatlar verildi.

“Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu məktəblərin psixoloqları üçün keçirilən təlimlər başa çatıb.

Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu, Narınc Psixologiya Mərkəzi və “Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin psixoloqları tərəfindən keçirilib.

Təlimlərin keçirilməsində məqsəd layihənin tətbiq olunduğu məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarının təcrübə keçməsi, məktəblilərin və valideynlərin psixoloji mövzularda daha əhatəli məlumatlandırılması, eyni zamanda yaranacaq problemlərə münasibətdə psixoloqların daha peşəkarcasına yanaşmasını təmin etməkdir.

Təlimlərin başa çatması münasibətilə keçirilən tədbirdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, “Məktəblinin dostu” layihəsinin və layihənin tətbiq olunduğu məktəblərin psixoloqları iştirak edib.

Tədbirdə çıxış edən psixoloq Elnur Rüstəmov uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və şagirdlərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar fikirlərini bölüşüb.

“Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev çıxışı zamanı layihənin tətbiq olunduğu məktəblərdəki vəziyyət və layihə daxilində fəaliyyət göstərən Psixoloji Mərkəzin iş prinsipi haqqında məlumat verib.

Sonda psixoloqlara sertifikatlar təltif olunub və xatirə fotosu çəkilib.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 34 ümumi təhsil müəssisəsində həyata keçirilir.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

56751326_431162787651227_2503548720444866560_n 56757431_431162577651248_2608225903901147136_n 56795658_431162517651254_6196890831710846976_n 56800831_431162724317900_3297803493347164160_n 56806406_431162880984551_6092614652171124736_n 56832513_431163064317866_4414754977562492928_n 56857739_431162994317873_1981240565076852736_n 56883623_431162447651261_1129627036512419840_n 56910263_431162637651242_89425621444198400_n 56940339_431162337651272_81843453683564544_n 56998346_431162807651225_4989148755379879936_n 57019427_431162690984570_1734841546890543104_n 57024103_431162367651269_6751829056217415680_n 57052375_431162760984563_4047638026552082432_n 57122242_431162554317917_792863379592052736_n 57164101_431162600984579_6315048397090848768_n 57232014_431162404317932_2567668991581487104_n 57272213_431162930984546_8362631041361379328_n 57390166_431162297651276_3915593393090068480_n 57393065_431162847651221_242303646610489344_n57009105_431163154317857_5963607376631169024_n 57039941_431163114317861_5624064330409443328_n 56823293_431162224317950_2743996442967277568_n 56899642_431162130984626_5348229186924314624_n 57340984_431162250984614_5226704616292352000_n

Share to Odnoklassniki