Qurdun quzunu yemek istəməsində çaşdırıcı heç nə yoxdur Çaşdırıcı olan odur ki, bu quzu qurda könül verib, aşiq olub. Əsir götürülmüş qurbanların onları əsir götürənlərə qarşı duyğusal anlamda bağlanmasına, onlarla empatiya qurub onların duyğularını anlaması, onlara sadiq olub hətta kömək göstərmə aşamasına gəlmələrinə psixologiyada “Stokholm sindromu” deyilir Əsir onu əsir götürən insanla keçirdiyi zaman ərzində onunla söhbət edərək elə bir hala gəlir ki, sonda ona kömək göstərməyə başlayır. Bu sindrom sadəcə əsir alma vəziyyətlərində həyata keçmir. Həyat şərtlərinim bərabər olmadığı , basqı altında yaşayan insanların yaşadığı vəziyyətdə də həyatda qalma instinktinin rolu nəticəsində də gerçəkləşir. Bu zaman insan ona basqı edən şəxslə əslində bağımlı olduğunu hiss edir. Çünki bu zaman şəxs empatiya qurmağa başlayaraq özünü basqı edənin yerində hiss edib onu anlamağa çalışır. Bu halda artıq günahkar o deyildə qurban rolda olan şəxsin özü olur. Bir çox mütəxəssislərin fikrincə bu sindromun yaranmasındakı təməl səbəblər həyatda qalma instinktidir. Əsir götürülmüş şəxs gördüyü və ya görəcəyi şiddətin qorxusundan və həyatda qalıb qalmama narahatçılığı, düşüncəsindən dolayı bir müdafiə mexanizması yaradır. Ətraf mühitdən tamamilə təcrid olunan qurban öz ehtiyyacları üçün ona basqı edən şəxsdən asılı olduğunu hiss edir. Basqın xarakterin yada əsir götürən şəxsin etdiyi kiçik yaxşılıqlar artıq qurbanın gözündə böyüməyə başlayır, zamanla qurban özünü onun yerinə qoyub hadisələri onun gözündən görməyə və etdiklərinə haqq qazandırmağa çalışır. Ayrıca bu vəziyyətdə artıq polis tərəfindən ediləcək hər hansı əməliyyat qurbanlar üçün təhlükəli görünür. Çünki, belə bir müdaxilə sırasında əsir götürənin özlərinə ziyan verəcəyini düşünməyə başlayırlar. Stokholm sindromu cismən əsir olan insanın artıq ruhən də əsirləşməsinə səbəb olur. Ancaq bu da unudulmamalıdır ki, bu sindrom çox böyük duyğusal və psixoloji basqı altında ortaya çıxır. Bu vəziyyət qeyd etdiyimiz kimi həyatda qalma instinktindən qaynaqlanır və ərindən şiddət görən qadınlarda, cinsi istismara məruz qalmış uşaqlara, müharibə şəraitində olan əsirlərində də təsadüf edilir. Stokholm Sindromunun ortaya çıxma hekayəsi; 23 avqust 1973cü ildə Jan Erik Olsson adlı bir bank soyğunçusu İsveçrənin Stokholm şəhərində olan bankların birində silahını çəkib, partlayıcıları havaya qaldıraraq “Hər kəs yerə yatsın, şənlik başlayır” deyərək bağırdı və tavana bir neçə dəfə atəş açdı. Bir çox insanən çölə qaçmasına göz yuman soyğunçu üç bank içşisi qadını əsir aldı. 28 avqusta qədər sürən 6 günlük əsir alma hadisəsi davam etdi. Bu zaman ərzində içəriyə girən polis soyğunçunun atəşi ilə yaralandı. Ancaq Oıssonun imtina etməyə niyyəti yox idi. O polis işçilərindən maşın və cəza evindəki dostunun gətirilməsini tələb etdi ve bildirdi ki, əsirlərlə birlikdə bankdan gedəcək. Polis onun cəza evindəki dostunu gətirərək içəri ilə əlaqə qurmağa başladı. Axşam isə qapının önündə maşın və tələb edilən 1,5 milyon İsveç xronunu qoydular. Lakin polislərlə soyğunçu arasındakı anlaşılmamazlıq gərginləşdi deyə hadisələr ləngiməyə başladı. Beləliklə soyğunçu və əsir götürülən işçilər bankda gecələdilər. Polis əsir götütülmüş işçilərlə soyğunçunu icazəsi ilə tək-tək danışa bildi. Polise melumat ötüren soyğunçunun dostu bildirdi ki,dostu bankı partlatmaq istəyir. Gecə partlayəş səsi duyuldu və öyrənildi ki, kassalar partlayıcı vasitəsi ilə açılıb. Bu xəbər digər ölkələrə də səs saldı. Xalq isə polis işçilərini günahlandırdı. 6günlük müddət ərzində polisin aqressiv davranışları xalq tərəfindən mənfi qarşılanmağa başlandı və onlar cinayətkara artıq haqq qazandıraraq acıyırdılar. Xalq düşünürdü ki əsirlər qaçsa belə soyğuncu onlara heç bir şey etməyəcək, belə olan halda polislər əsirlərin yaşama şansını azaldaraq onları təhlükəyə atır. Bu düşüncə təkcə xalqda deyil eyni zamanda əsir düşmüş insanlarda da vardı. Hətta onlar prezidentlə əlaq qurub bildirmişdirlər ki, polis işçilərini hadisə yerindən uzaqlaşdırsınlar. Əsir qadınlardan birinin dəfələrlə polisə müraciet etməsinə baxmayaraq polislər buna razı olmur. Hadisələrin gedişi zamanı banka yerləşdiriləm mikrofon sayəsində məlum olur ki, əsirlər soyğunçuları “cəmiyyətin qurbanları” olaraq görür, onlar arasında emosional əlaqələr möhkəmlənməyə başlayır. Əsirlər soyğunçuya kömək edirlər. Hətta soyğunçu ilə əsirlərdən biri arasında cinsi münasibət belə olur hər iki tərəfin istəyi ilə. Polis bankın arxa tərəfindən bir otağı kilidləyir və bildirirlər ki əgər təslim olmazlarsa qurbanlardan biri qaz vasitəsi ilə öldürüləcək. Belə olan halda soyğunçular təslim oldular. Maraqlısı odur ki, polisin müdaxiləsi zamanı əsir düşənlər hətta soyğunçuya kömək edir və ona xəbər verirdilər. Sonrakı məhkəmə prosesində isə heç bir əsir götürülmüş şəxs soyğunçunu günahlandırmır və əleyhinə ifadə vermir. Hadisənin bu şəkil alması bütün dünyanın diqqətini özü üzərinə çəkdi. Bu ruh halı psixoterapevt ve kirminoloq Nils Bejerot tərəfindən tibb ədəbiyyatına “Stokholm Sindromu” kimi yazıldı. Beləliklə zamala əsir götürülmüş şəxslərin əsir götürənlərə duyduğu heyranlıq, sevgi hissi, asılılıq və başqa bu kimi psixi halı tanımlamaq üçün istifadə edilməyə başlanıldı. Qərb mənbələrində bu sindrom haqqında çox araşdırmaların olmasına baxmayaraq əslində çox az rast gəlinən bir vəziyyətdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmişdur ki əslində qurbanlat daha çox polislərə güvənirlər lakin, qurban fiziki və ya psixoloji şiddətə məruz qalarsa bu sindrom ortaya çıxar. Hər bir insanın əsir götürüldükdə sərgilədiyi davranışlar özünəməxsus olsa da bir çox hallarda stereotip davranışlar müşahidə olunur. Məsələn, bəzi əsir götürülmüş şəxslər polisin onları xilas etmesi üçün əlindən gələni etmədiklərinə və ya düşünülmüş hər hansı xilasetmə əməliyyatının onların canını təhlükəyə ata biləcəyindən qorxurlar. Bu vəziyyətdə onlarda ümüdsüzlük və polisə qarşı aqressiya yarana bilər. Bəzi əsirlər isə özlərini əsir götürən insanların əslində o qədər də pis insanlar olmadığına və onlara bir zərər verməyəcəkləri düşüncəsi ilə onlara qarşı simpatiya bəsləyə bilərlər.
Nuranə Salmanlı
Klinik psixoloq