Siqaret asılılığı

IMG_1840-23-06-18-09-18

Nikotin asılılığı – tütünə qarşı patoloji maraq vəziyyətidir, bu da 90% siqaret çəkənlərdə gec-tez inkişaf edir.

Nikotin çoxlarının düşündüyü kimi əslində o dərəcədə ziyanlı hesab olunmur.O orqanizmə mənfi təsir də göstərə bilər, lakin son tədqiqatlar sübut edir ki, onlardan ən təhlükəlisi – asılılığın formalaşmasıdır. Siqaretin tərkibində məhz nikotinin olması insanda siqaretə qarşı asılılıq yaradır və bu səbəbdən insan təkrar-təkrar istifadə etmək istəyir.

Nikotin kokain və heroin kimi alkoloid bitki mənşəli hesab olunur.Baş beyinə çatanda nikotin reseptorlarla qarşılıqlı fəaliyyət göstərir və nəticədə dofamin ifraz olunur- hansıki bu maddə mərkəzi sinir sisteminə müsbət stimullaşdırıcı təsirini göstərir, yüngül eyforiya halı yarana bilir. Bu zaman qanda qlükoza səviyyəsi ,qısa müddətli qan təzyiqinin yüksəlməsi,adrenalinin artması müşahidə olunur.

Siqaret çəkən insanlarda bir refleks formalaşır: “çəkdi – zövq aldı” və bu da tədricən asılılığa keçir. Nə qədər çox siqaret çəkmə sıxlığı olarsa və beyində yüksək nikotin reseptorları olarsa , o qədər də nikotindən asılılıq səviyəsi yüksək olacaq.Böyük dozada(60mq) nikotin tənəffüs və ürək damarlarında paralic yaradır.Nikotinin ifrat dozasından sonra ölümlə nəticələnə bilər.

Nikotin asılılığının ən aşkar əlaməti – siqaret çəkməyin dayandırılması zamanı müəyyən əlamətlər meydana çıxır. Bir sıra neqativ simptomlar görülə bilər: baş ağrısı, süstlük, zəiflik, yüksək həyəcanlılıq, qan təzyiqinin aşağı düşməsi, əsəbilik, yuxunun pozulması və digər əlamətlər. Əksər hallarda məhz bu hislər siqaretdən imtina etməyə mane olur.

Reallıqda nikotin asılılığı alkoqol və ya heroin asıllığından heçdə fərqlənmir. Ancaq rəsmi səviyyədə belə terminologiya olmadığından nikotin asılılığı zərərli vərdiş kimi təsnif edirlər. Məhz siqaret çəkən zaman insan özünü aydın şəkildə dərk edir və ətrafdakılara təhlükə törətmir(nikotin təsiri altinda olduqda heç kimi söyməyəcək,vurmayacaq).Məsələn, maşın sürərkən siqaret çəkmək yolu izləmək qabiliyyəti üçün heç cür təsir etməyəcək. Yalnız nikotinin çatışmazlığı orqanizmdə narkomanlardaki kimi təsir göstərəcək.

Sigaretinsanda 2 cürasılılığasəbəbolabilər. Bunlar psixoloji ve fizioloji asılılıqdır.

Psixoloji Asılılıq

Siqaret çəkmək, fiziki asılılığa əlavə olaraq, öyrənilmiş bir xətalı davranış növüdür. Siqaret çəkən adam stressə girdiyində, əsəbiləşəndə, səhər kofe içərkən, maşınına minəndə, iclasa girmədən əvvəl, iclasdan çıxanda, yeməklərdən sonra, içki içəndə, iş görəndə, birinə zəng etmədən əvvəl, telefonla danışarkən,dostuyla görüşəndə, yaxşı və ya pis bir xəbər alanda və s. vəziyətlərdə siqaret çəkmək vərdiş halına getirilir.

Fizioloji Asılılıq

Fizioloji asılılığa səbəb olan nikotin, beyinin kimyəvi quruluşunu dəyişməyə yönəlməkdədir. Son siqaret çəkildikdən təxminən 20 dəqiqə sonra beyin özünü nikotinsizlik vəziyyətinə adaptasiya etməyə başlayır. Bu əslində beyinin sağalma, yəni nikotinə qarşı fiziki asılılıqdan xilas olma prosesini təşkil edir.Lakin bu prosesdə asılılıq, əsəbilik, stress, yuxu pozuntusu, iştah açılması, narahatçılıq, qorxu, depressiya, nikotin böhranları kimi bir çox sıxıntı yaşayır ,narahat olur və bu çətinliklərdən xilas olmaq məqsədilə nikotini sanki dərdlərinə dərman olaraq istifadə edir. Siqaret asılılığın mərhələləri

Ənənəvi olaraq nikotin asılılığının 3 mərhələsini ayırd edirlər.

1)Birinci mərhələ -epizodik istifadə.

Nikotin asılılığının birinci mərhələsi təxminən 2 – 3 il sigaret istifadəsindən sonra başlayır. Hər şey təsadüfi siqaret istifadəsindən sonra başlayır və onu asılılığa aid etmirlər. Bu mərhələdə ayda 1 dən 15-ə gədər epizodik şəkildə siqaret istifadə edir, amma intoksikasiyanın simptomları aydın ifadə olunur. Siqareti çəkdikdən sonra yüngül ürəkbulanma, başgicəllənmə, zəiflik yaranır, siqaret çəkən zaman isə öskürəklə müşayiət olunur. Növbəti mərhələdə artıq müntəzəm şəkildə 5 siqaretə qədər səciyyələnir, intoksikasiyanın əlamətləri artıq yoxdur və ya yalnız ilk siqaret çəkəndə özünü biruzə verir. Bu mərhələ 3 aydan 2 ilə qədər davam edir. Bu periodun keçməsi ilə bağlı yüngül xroniki mərhələ başlayır – yəni nikotin asılılığının birinci mərhələsi başlanır. Gündə 10 siqaretdən 20 sigaretə gədər istifadə edir və psixoloji asılılığı möhkəmlənir. Bütün orqanizm nikotinə qarşı artıq öyrəşib və heç bir şəkildə əks reaksiya vermir. Bu mərhələ 7 ilə qədər davam edə bilər.

2) İkinci mərhələ -siqaretdən sistematik istifadə mərhələsidir.

Orqanizmdə sırf rahatlıq hiss etmək üçün   nikotindən istifadə edir insan. Həzz almaq üçün gündə 3 siqaretdən 7 siqaretə qədər çəkməlidir.Həm fiziki həm də psixi vəziyyətinə təsir edir.Somatik patologiya əlamətləri özünü göstərməyə başlaya bilər: öskürək yaranır, hipertoniya baş verir, ürək damar sistemi ,vegetativ və sinir sisteminə təsir edir. Bu mərhələ 20 il davam edir.

3) Üçüncü mərhələ – siqaret istifadəsi xroniki hala çevrilir.

Bu mərhələdə həzz almaq üçün gündə 10-20 siqaret çəkməlidir.Bu zaman orqanizm intoksikasiya alır.Əgər lazımlı miqdarla nikotin qəbul etmirsə o zaman lomka yaranır. Bu vəziyyətdə elə insana nikotin narkomanı deyə bilərik. Başqa cür buna abstinent sindromu da deyə bilərik.Bu vəziyətdə həm psixi həmdə fiziki narahatçılıqlar görülür:

Tərləmə ,qıcıqlı olma ,qandövranı pisləşir(bunagörədə baş gicəllənmələriolabilər), diskomforthissiyaranır,öskürəkvə həttabronxitəmələ gələ bilər, yuxusuzluqyaxudəksinə yuxululuqyaranabilər, ağızdaxoşagəlməyəndad,iştahı artır.

Nikotin lomkasi nə qədər davam edir? Lomkanın nikotinin ilk simptomları çəkəndən yarım saat sonra başlayır.Müxtəlif yollarla nikotini əldə etmək , iyləmək istəyir.Saat yarım -2saat sonra diskomfort başlayır və 7-8 saatdan sonra isə özünü ələ ala bilmir,nevroz yaranır.

Nikotin asılılığının müalicəsi:

Nikotin asılılığının səviyyəsini test vasitəsi ilə müəyən edirlər.Bu test Fagerstrom testi adlanır. Nikotin asıllığın dərəcəsi bu testə görə 1dən 10 bala gədər giymətləndirilir.Adətən bu testi o insanlar üzərində aparırlar ki, bu insanlar siqareti atmaq istəyir.Məhz bu testin vasitəsi ilə müəyyən olunur ki, nəyə görə bəzilərinə çox rahatdır siqareti atmaq, bəzilərinə isə əksinə və bunun əsasında müalicə metodu seçilir. Nikotin asılılığının müalicəsi iki mərhələdə aparılır.Birinci mərhələdə nikotin əvəzedicisi terapiyası aparılır , daim qanda nikotinin konsentrasiyası aparılır lakin siqaretsiz.Sonra nikotinin dozası yox dərəcəsinə gədər azaldılır. .Adətən müalicə 3 aydan 6 aya qədər davam edir,lakin hər situasiyada fərqlənə bilər. Birinci mərhələdə müalicə çox asan aparılır.Burada nikotin plastırları ,nikotin sakkizları ,nikotin spreylərindən istifadə olunur.Bu vasitələrin tərkibində nikotin var, hansıki sonra böyrəklərlə ifraz olunur.Digər nikotin asılılığı mərhələlərində həm preparat həm psixoterapiya tövsiyə olunur. Əsas müalicədə vacib nüans siqaret çəkməyin dayandırılması istəyidir .Nikotin asılılığından əl çəkmək üçün iki tip preparatı ayırd edirlər: birincisi- hansılarki tərkibində nikotin və alkoloid var , ikincisi isə nikotin və alkoloid tərkibli olmayanlar.

Sonda qeyd etmək istərdim ki,siz ,həqiqətən, siqareti atmaq qərarına gəlmisinizsə, bir az düşünün ,niye gore siz onu çəkməyə başlamışdınız və daha sonra nə üçün qərara gəldiniz ki ,siqaretdən imtina edəsiniz.Özünüz üçün aydınlıq gətirməyə çalışın, nəyə görə bu sizə çox vacibdir,səbəblərini tapın ve heyatınızı siqaretsiz təsəvvür etməyə çalışın .Unutmayin ki ,siqareti atmağın ən böyük rolu insanda stimulun olmasıdır.

Nərmin Sucayeva

Klinik psixoloq

Share to Odnoklassniki