- Rəqs terapiyası nədir? Onun əsas məqsədi nədən ibarətdir?
Bədən və hərəkətlərimiz əslində özümüzü ifadə etmənin və ətrafla münasibət qurmanın ən təməl və ən erkən yoludur. Ana bətnində olarkən özümüzü və ətrafı hiss etmək üçün əsas vasitəmiz bədəndir. Dünyaya gəldiyimiz ilk gündən etibarən də ətrafı qavramaq üçün bədənimizdən istifadə edirik, yəni bədənimiz ətrafla tanış olmaq üçün ilk vasitədir. Hər uşaq ilk coşğu, ağrı, həzz, qucaqlamaq və oyun təcrübələrini ilk dəfə valideynləri ilə münasibət zamanı bədəni vasitəsi ilə yaşayır. Məsələn: oynayarkən ana-atasına yapışaraq, əllərindən tutaraq, onlarla emosional bağ qurur.
Bədənlə zehin arasındakı əlaqəni (bağı) araşdırarkən və bunlar arasındakı əlaqəni yenidən qurarkən rəqs terapiyası hərəkətin ən təməl özünü ifadə etmə vasitələrindən biri olaraq istifadə olunur, cünki rəqs yaradıcı, simvolik xarakter daşıyır. İnsan özünü ifadə etdikdə də daha yaxşı, sağlam hiss etməyə başlayır.
Rəqs terapiyası–bədən və hərəkətlərin vasitəsi ilə şəxsin öz hisslərini və konfliktlərini yaşamasına, tanımasına və ifadə etməsinə kömək etməsi üçün psixoterapiya metodudur. İnsanın bədən hərəkətləri, onun daxili ruhi həyatının əks etdirilməsi və ətraf-mühitlə əlaqələrin olması kimi baxılır. Rəqs terapiyası bədən və psixikanın əlaqəli olduğunu və bir birinə daim qarşılıqlı təsir göstərirdiklərini əsaslandırır. Rəqs terapiyası üçün belə bir aksioma mövcuddur ki, bədən–ruhun aynasıdır, hərəkət isə insanın “Mən”inin ifadəsidir. Bu terapiya növü hərəkətlər əsasında insanın fiziki, sosial və mənəvi həyatını inkişaf etdirir.
Terapiyanın əsas məqsədi, insanın düşüncə, duyğu və hərəkətləri arasındakı uyğunluq metodunu tapmaqdan ibarətdir. Yeni münasibətlər qurarkən də uyğunluğa əsasən mexanizmlər kəşf etməyi bacarmağı öyrədir. Çox vaxt insan bir şeyi düşünməyə başlayır, lakin başqa şey hiss edir, nəticə olaraq da tamamilə fərqli şəkildə hərəkət edir, bu isə hər hansısa daxili konflikti əks etdirir.
Rəqs terapiyasında düşüncə, hiss və hərəkət üçü birlikdə hər hansısa bir məzmunu əks edə biləcəyini araşdırır (triada şəklində) və daxili bütövlüyün itkisini analiz edir. Qısaca, izah etsək, düşüncələrimiz, hisslərimiz və hərəkətlərimiz arasındakı əlaqəni qurmağa kömək edir. Burada bir aspektin dəyişilməsi iki digər aspekti də dəyişməyə cəlb edir.
Rəqs terapiyasının inkişafına mühüm töhvəni Wilhelm Reich`in “мышечный панцирь” nəzəriyyəsi gətirmişdir. O ilk dəfə sübut etmişdir ki insanın əzələ spazmı, sıxıntısı ( “мышечный панцирь”) uşaqlıqda yaranır, bu da daha çox cəzalandırılmaq qorxusu (misal:valideyn uşağını tərbiyə edərək hər hansısa qadağalar qoyur və bəzən də cəzalar verə bilər, bu zamanda uşağın əzələlərində müəyyən sıxıntılar yarana bilər), qəzəb, narahatlıq və daim insanın cinsi duyğularının basdırılmaq gərəkliyi ilə əlaqəli olur. Nəticədə komplekslər və sıxıntılar bədəndə yığılır və müxtəlif zehni və somatik xəstəliklərə yol aça bilər. Wilhelm Reich pasiyentlərin spontan bədən hərəkətləri ilə düzgün tənəffüs zamanı əzələ gərginliyini, sıxıntıları azalda bilər, hansılar ki insanın yaşamasına mane olur. (bu nəzəriyyə barəsində daha ətraflı şəkildə digər məqalədə izah edəcəm…)
- Rəqs terapiyasının faydaları
Rəqs terapiyası bir çox problemlərlə mübarizə aparmaq üçün istifadə edilə bilər:
o Emosiyaların əks etdirilməsi, emosional vəziyyətin yaxşılaşması.
o Fərqindəliyin artması (özünü dərk etmə), özünə inam, müstəqil və sağlam fərdiləşdirmə bacarığı,
o Düşüncə, duyğu və hərəkət arasındakı əlaqələrin qurulması,
o Adaptiv mexanizmlərin inkişafı və dəyişənlərin öhdəsindən gəlmə qabiliyyəti,
o Dominant, intensiv düşüncələr və hisslərlə başa çıxma (öhdəsindən gəlmək) və onları ifadə edə bilmək,
o Uğursuzluq qorxusu,
o Şəxslərarası konfliktlər,ünsiyət bacarığının olmaması, kommunikativ bacarığın çatışmaması (ünsiyyət bacarığının əksikliyi),
o Rəqs terapiyası daha çox problemləri haqqında birbaşa danışmağı bacarmayan, danışmaq istəməyən şəxslər üçün məsləhət görülür.
Yuxarıda qeyd olunanlardan əlavə, bu terapiya yaxın adamların itkisi, təcavüz, ağır psixi xəstəliklər, xroniki xəstəlik zamanıda istifadə edilə bilər.
Yeniyetmələr arasında ən sıx görülən problemlərdən biri özgüvən əksikliyi sayılır. Rəqs terapiyası vasitəsi ilə onlarda özünə hörmət hissini, özgüvənini pozitiv bədən görüntüsünü ortaya çıxardaraq yüksəldir. Rəqs insanın bədənini daha çəkici hala gətirir və bu da birbaşa “Mən”in daha pozitiv olması ilə əlaqəlidir. Yeni hərəkətlərə hakim olmaq yeni duyğulara hakim olmaq deməkdir.
Rəqs terapiyası ilə bəzi sinir, kardioloji xəstələrlə məşğul olmaq tövsiyə olunmur, buna görə də xroniki xəstəliklərdən əziyyət çəkən xəstələr ilk öncə öz həkimləri ilə məsləhət almalıdır.
Nərmin Sucayeva
Klinik psixoloq