Davranış pozuntusu

landscape-1446803906-g-conduct-disorder-79444781

Davranış pozuntusu nədir?

Davranış pozuntusunun əsas xüsusiyyəti təkrarlayıcı və qalıcı davranış modelləridir ki,burada başqaların haqqları yaxud şəxsin yaşına uyğun sosial normaları pozulur. Bu davranışlar dörd əsas qrupa bölünür:

1) İnsalara ve heyvanlara qarşı hücum

2) Əşyaları qırıb dağıtmaq

3) Oğurluq və xuliqanlıq

4) Qaydaları pozmaq

Bu davranış pozuntusu sosial, məktəb və ya iş ilə bağlı funksionallıqda klinik olaraq müəyyən zəifliyə gətirib çıxardır.Tez-tez başqalarina qarşı kobudluq edir,gözünü qorxudur ,tez-tez dalaşmaq ,başqalarını ağır yaralayacaq vasitələrdən istifadə edir (taxda, daş ,qırıq şüşə,bıcaq ,odlu silah), heyvanlara qarşı acımasız davranma, insanların gözü önündə nəsə oğurlamaq və ya cinayət törətmək (hücüm edib, soyğunçuluq etmək, məcbur pulunu almaq, silahlı soyğun etmək, kiməsə qarşı cinsi məzmunlu davranışlar etmək, ağır zərər vermə məqsədi ilə qəsdən yanğın torətmək,bawqalarin əşyalarına bilə-bilə zərər vermək ,başqasının evinə və maşınına zorla girmək). Davranış pozuntusu diaqnozu qoymaq üçün yuxarıda sadalanan kriteriyalardan ən azı üçünün son 6 ayda davam etməsi ilə özünü göstərməlidir.

Peşmançılıq ya günahkarlıq hiss etməmə: Səhv bir hərəkət etdiyi zaman özünü pis his etmir və ya günahkarlıq keçirtmir. Həmin şəxs gördüyü işin mənfi nəticələri ilə bağlı olaraq narahatlıq keçirtmir. Məsələn: insan birini yaraladıqdan sonra peşmançılıq hiss etmir və ya qaydaları pozduğu zaman nəticələr onu maraqlandırmır.

Duyğusuzluq–empatiya əksikliyi : Başqaların duyğusu onu maraqlandırmır, soyuq və heç nəyə fikir verməyən biri kimi insanda təəssürat yaradır. Öz əməlləri ilə başqalarına böyük ölçüdə pislik etsə də, həmin davranışların başqaları üzərində təsirindən çox öz üzərindəki təsirindən maraqlanır. Səmimilikdən uzaq və hər zaman duyğularını öz mənfəəti üçün istifadə edir.

Bir şeyi etmənin narahatçılığını keçirtməmə : Məktəbdə, iş yerində ya da hansısa başqa bir yerdə yaxşı bir iş ortaya çıxara bilməmə və ya yaratdığı problemlə maraqlanmır. Ona qarşı gözləntilər çox olsa da bir işi yaxşı görmək üçün cəhd göstərmir və işinin nəticəsi yaxşı olmadıqda başqalarını günahlandırır.

Ağırlıq dərəcəsi:

1)Ağır olmayan (yüngül): əlamətlərdən bəziləri ola bilər, lakin bu davranış problemləri başqalarına olduqca az neqativ təsir göstərir (yalan danışmaq , məktəbdən qaçmaq , hava qaralandan sonra icazəsiz çölə çıxma, bəzi qaydalara əməl etməmə).

2)Orta dərəcə: davranış problemlərin sayı ağır olmayana nisbətdə daha çoxdur (başqa birinin gözü qarşısında oğurluq etmək, acımasız davranışlar nümayiş etdirmə).

3)Ağır dərəcəli: Diaqnoz qoymaq üçün lazımi davranış problemlərinin bir çoxu olmalıdır və ya başqalarına çoxlu miqdarda neqativ təsir gostərməlidir (cinsi istismar, acımasız davranışlar etmək, heç kim görmədən oğurluq etmək qapını qıraraq içəri girmək və s.).

Alt tipləri :

Davranış pozuntusunun 3 alt tipi müəyən edilir, hansılar ki xəstəliyin başlama yaşına görə təyin olunur. 1.Uşaqlıqda başlanan tip (davranış pozuntusunun ən az biri 10 yaşdan əvvəl göstərirlər) – başlanğıc davranış pozuntusu olaraq adətən oğlanlarda rast gəlinir, onlar başkalarına qarşı tez-tez fiziki aqressiya göstərir, bu da öz yaşıdları ilə əlaqədə çətinliklər yaradır. Bu alt tipə sahib olan bir çox uşaqda eyni zamanda diqqət əksikliyi hiperaktivlik, sinis sisteminin inkişafında çətinliklər müşahidə olunur.

2.Yeniyetməlikdə başlanan tip (əlamətlər 10 yaşdan sonra görülür) – uşaqlıqda başlanan növü ilə müqayisədə davranış pozuntusunda aqressiv davranışları daha az görülür və adətən həmyaşıdları ilə daha çox normativ münasibətlərdə olur.

3.Başlanğıcı müəyyənləşdirilməyən tip - davranış pozuntusu üçün diaqnoz kriteriyaları qeyd olunmuşdur, lakin 10 yaşdan əvvəl başlayıb-başlanmaması dəqiq müəyyən etmək olmur.

Risk faktorları:

  • Temperamentli : temperamentli risk faktorlarına çətin idarə olunan temperamentlər,aşağı dərəcəli zəka və İQ səvviyənin aşağı olması daxildir.
  • Ətraf mühüt:ailə səviyəsində risk faktoru özündə valideyn tərəfindən imtina edilmə və laqeyidlik,düzgün olmayan tərbiyə metodu,ağır disiplin,fiziki və ya cinsi zorakılıq,nəzarətin olmaması,tərbiyəçilərin tez tez dəyişməsi,ailənin böyük olması səbəb ola bilər.
  • Genetik və fizioloji faktorlar:daha çox valideyinlərin alkoqol istifadəsindən sonra depressiya, bipolyar pozuntuyaxud şizofreniya və davranış pozuntusu olanda.

Davranış pozuntusu olan şəxslərdə əhval ruhiyədə pozulma, anksiyete pozuntusu, posttravmatik stress, psixotik pozuntu,somatik simptom pozuntuları və yetkinlərdə maddə asıllığı riskləri görülür.

Davranış pozuntusunun funksional nəticələri : Məktəbin dayandırılması və ya məktəbdən qovulma problemlərə səbəb ola bilər, iş tənzimlənməsi, hüquqi çətinliklər, cinsi yolla keçən xəstəliklər, plansız hamiləlik, qəza və ya döyüşlərdə fiziki zədə almaq və s.

Fərqli diaqnozlar:

  • Yıxıcı davranış pozuntusu (Oppositional defiant disorder): həm davranış pozuntusu, həm də yıxıcı davranış pozuntusu, hər ikisi simptomlarla əlaqəlidir, hansılar ki şəxslər başqaları ilə konflikdə girir.
  • Diqqət əksikliyi/hiperaktivlik sindromu: diqqət əksikliyi və hiperaktiv olan uşaqlar tez-tez hiperaktiv və impulsiv davranışlar göstərməklərinə baxmayaraq , bu hərəkətlər sosial normaları və ya digər insanların haqqlarını pozmur.
  • Aralıqlı partlayıcı pozuntu (İntermittent explosive disorder): həm davranış pozuntusu, həm də aralıqlı partlayıcı pozuntuda hər ikisinə yüksək aqressiya səviyəsi daxildir. Lakin aralıqlı partlayıcı pozuntusu olan şəxslərdə impulsiv aqressiya məhduddur və qəsdən baş vermir, bəzi müəyyən bir məqsədə (məsələn, pul, hökmranlıq, kimisə qorxutma) nail olmaq üçün törədilmiş deyil.

Komorbidliyi :

Diqqət əksikliyi hiperaktivlik sindromu və yıxıcı davranış pozuntusu: hər iki davranış pozuntusunda görülə bilər və bu komorbidlik çox pis nəticə verə bilər. Antisosial şəxsiyyət pozuntusu olan şəxslərdə tez-tez başqalarının hüquqlarını pozma müşahidə olunur və nəticə olaraq onların davranışları, davranış pozuntularının kriteriyalarına cavab verir.

Davranış pozuntusu bir və ya bir neçə psixi pozuntularla görülə bilər: xüsusi öyrənmə pozuntusu, təşviş pozuntusu, depressiv yaxud bipolyar pozuntu. Akademik bacarıqlar, xüsusilə yazma və digər verbal (sözəl) bacarıqlar, yaş və intellekt səviyəsinin aşağı olması müşahidə oluna bilər.

Yayılması:

Bir illik əhalinin yayılması təxminən 2%dən çox 10%ə qədər, orta hesabla 4 % hesab olunur. Davranış pozuntusunun yayılması müxtəlif ölkələrdə fərqlidir, hansılar ki öz irqi və etnik baxımından asılı olaraq dəyişir. Uşaqlıqdan yeniyetməliyə qədər yayılma dərəcəsi yüksəlir və kişilərdə qadınlardan çox rast gəlinir.

Nərmin Sucayeva

Klinik psixoloq

 

Share to Odnoklassniki