İntihara yox deyək-həyata pozitiv baxaq

29693380_975890079231175_361720855_o

Insanlar çox zaman problemlərdən cıxış yolunun olmadığını düşünəndə və ümidlərini itirəndə intihar haqqda fikirləşməyə başlayırlar. Bizim ətrafımızda da hər an intihar etməyə hazırlaşan insanlar ola bilər, buna görə də biz heç vaxt onlarla danışmaqdan , onlara sual verməkdən çəkinməməliyik, çünki hər an biz onların fikrini dəyişə bilərik və bununla da onların intihar etməsinin qarşısını ala bilərik. Bu zaman sadəcə danışmaq deyil eyni zamanda dinləmək də çox böyük rol oynayır, çünki intihar etmək istəyən insanların çoxunun ehtiyacı olduğu şey təkcə birinin onu dinləyib başa düşməsidir. Bu an onları bu fikirlərinə görə tənqid etmək, günahlandırmaq düzgün deyil.Bir gün Kevin adlı gənc bir oğlan özünü Qızıl darvaza körpüsundən atmağa hazırlaşır və o an polis işçisi gəlir,onunla söhbət etməyə çalışır və Kevin ona öz həyatını, nece çıxılmaz vəziyyətdə olduğunu deyir bundan bir müddət sonra da o özü fikrini dəyişir və intihar etmir,polislər onu bu qərarına görə təbrik edir və
bügünün yeni həyatın başlanğıcı olduğunu deyir və fikrinin dəyişməsinin səbəbini soruşur, Kevin isə cavabında deyir ki onu bu vaxta qədər heç kim dinləməyib, başa düşməyib və polis işçisinin ona bu şansı yaratdığına görə təşəkkürünü bildirir.
Hər birimiz intihar etməyə hazırlaşan insanlara kömək əlimizi uzada bilərik, çunki kömək varsa umüd də var deməkdir. Ən böyük problemləri,ən ağır dərdləri də insanın qəlbində ümid olduqdan sonra yenmək olur. Vaxtında deyilən bir söz,
hətta bir baxış insanın o an tək olmadığını hiss etməsinə səbəb ola bilər. Hətta belə bir mif də var bir gün Zevs qadına “tanrıların hədiyyəsi” mənasını verən Pandora adını vermişdir. Bu qadın, eyni zamanda, dünyaya göndərilən ilk qadın olacaqdı. Zevs Pandoraya bir qutu verir və qutunu əsla açmamasını tapşırır. Ancaq Pandora qutuda nə olduğunu bilmək istəyir. Zevsin xəbərdarlıqları onun marağını daha da artırır. Bəlkə də, Zevsin məqsədi marağı artırıb qutunu açdırmaq idi. Qutunun görünüşü cazibədar idi. Ona “xoşbəxtlik qabı” deyilirdi. Pandora qutudakı sirrə duyduğu marağa məğlub olur və qutunu açır. Qutunun qapağını açar açmaz ətrafa və dünyaya bütün pisliklər yayılır. Ölüm, qəzəb, xəstəliklər, epidemiyalar, aclıq, qısqanclıq, həsəd və bütün pis xislətlər… Dinc bir həyat yaşayan kişilər qutunun açılması ilə acı, hüzn və kədər ilə yaşamağa başlayır. Artıq bütün pis şeylər dünyaya yayılmışdı. Qutudan qanadlı varlıqlar uçub gedir və gecə-gündüz insanlara zərər verirdilər. Bu vəziyyəti görən Pandora peşman olaraq qutunun qapağını dərhal bağlamaq istəyir. Zevsin də istəyi ilə zorla da olsa, qutunun qapağını bağlayır və içində bir tək şey qalır. Qutuya pisliklərə qarşı qoyulan “ümid”. Pandoranın qutusunda və ya pislik qabında insanlara xoşbəxtlik verən tək şey qalmışdır, o da ümiddir. Bunun üçün o qutudan ümidi buraxır. “Ümidsiz yaşanmaz” ifadəsi, bəlkə də, belə məna qazanmışdır. Və beləliklə demək olar ki bəzi anlarda ki biz özümüzü çox zəif hiss edirik, düşünürük ki problemlərimizi həll edenmərik hər zaman xatırlamalıyıq ki bütün pis xislətlərin sonunda bizi umid gözləyir.

İntiharın səbəbləri müxtəlif ola bilər bəzi insanlar probləmlərin qarşısında özlərini gücsüz hiss edirlər,bəzi intiharların əsəsında estetik motivlər dayanır sırf cavan və gözəl olmək istədikləri üçün, yada diqqət çəkmək üçün və s. Dahi fizioloq İ.P.Pavlov qeyd etmişdir ki hər insan üçün məqsəd refleksi həyat enerjisinin əsasını təşkil edir və bu məqsəd olmadıqdan sonra insan üçün həyat mənasını itirməyə başlayır, və bunu intiharın əsas səbəbi adlandırır. Bəzi hallarda insanlar fikirləşir ki onlar öz həyatlarının ağasıdır və yaşayıb yaşamamağı təkcə onlar seçə bilər, bu anda da həyatlarını istədikləri vaxt bitirmələri fikri onlara yeganə umidmiş kimi görünür. Biz hər zaman yadımızda saxlamalıyıq ki bu həyat idealdır,sadəcə insanlar ideal deyil, əgər bizim ətrafımızda bizi sevməyən yada başa düşməyən insanlar varsa da bu bizim günahımız deyil və bizim üçün onların fikirləri önəmli olmamalıdır. Biz heç vaxt unutmamalıyıq ki bizim qarşımızda getmək üçün minlərlə yol var, əgər getməyə yorulmusuzsa yavaş və tələsmədən gedə bilərsiz, ama heç vaxt dayanmayın və axıra kimi savaşın.

Günay Lətifova

Share to Odnoklassniki