Yetərsizlik duyğusu

iStock_000015265109Smallicc

Yetərsizlik duyğusu cəmiyyətimizdə ən çox görülən hallardan biridir. Və bu hal, bir çox psixoloji pozuntaların yaranmasına gətirib çıxardır. Çünki təməl olaraq insanın özünü bəyənməməsi və ətrafındakı hər kəsin bu fikirdə olduğunu düşünməsi yatır.

Bəs yetərsizlik duyğusunu yaradan amillər nələrdir?

Bir neçə amillər yetərsizlik duyğusunu bizə aşılaya bilər. Təbii ki, uşaqlıqda valideyn təzyiqlərini, başqalarıyla müqayisə olunmaq, obsessiv və avtoritar insanların təzyiqləri, iş yerlərində təzyiqler, məktəbdə həmyaşıdları və ya müəllimləri tərəfindən olan təzyiqlər gətirib çıxarda bilər. Bu insanların ətraflarındakı, insanların onlardan daha yaxşı və ya mükəmməl olduğunu düşünürlər. Bəzən bu duyğunu kompensasiya etmək üçün yeni münasibətlərə başlayırlar. Və təbii bu münasibətlər uğursuz sonluqlarla nəticələnir. Çünki özlərini gördükləri kimi qarşı tərəfin də  gördüklərini düşünürlər. Və bu problemlər konfliktlərin yaranmasına gətirib çıxarır.

Bu hallardan insanlar nə etməlidirlər?

İlk öncə unutmamaladılar ki, heç kəs mükəmməl deyil. Mükəmməllik anlayışı her kəs üçün fərqlidir. Sənin mūkəmməl gördüyün insanda əslində sənin bilmədiyin bir çox bəyənmədiyi tərəfləri var. Vacib olan insanın özünü olduğu kimi qəbul etməsidir. Məhz bu zaman həyatı dərk etmiş həmçinin kəşf etmiş olur. Bu isə insanın kamil olduğunu göstərir. Kamillik anlayışı insanın bütün səhvləri ilə özünü kəşf edib qəbullanmasıdır. Bu zaman insan üçün yaşamaq daha maraqlı və asan olur.

Çünki artıq özündə olan doğruları və yanlışları görür və qəbul edir.

Həyatı plansız yaşamaq lazımdır. Bu zaman daha maraqlı və rahat olur. Bu günü yaşayın gələcəyi düşünmədən. Olduğu kimi. Sizin əksik tərəflərinizlə. Kim bilir bəlkə də bəzi cəhətləriniz başqalarının özündə görmək istədiyi məhz arzuladığı xüsusiyyətlərdir.

Bu səbəbdən ətrafdakılara şübhə ilə baxmaqdansa, sizi əksik gördüklərini düşünməkdənsə onlara sizi necə gördüklərini soruşun. Bu zaman sizinlə bağlı fikirlərinin nə olduğu və əslində sizi düşündüyünüz kimi görmədiklərini bilmiş olarsınız.

Nərmin Xanalızadə

Klinik psixoloq

Share to Odnoklassniki