Nevrozların geniş yayılmış bir formasıda nevrasteniyadır. Bu pozuntu ən çox müəyyən mədəniyyət və adaptasiya problemlərindən irəli gəlir. Bu pozuntuda həddən artıq dərəcədə mədəniyyətlə əlaqədar variabellik müşahidə olunur. İki növ nevrasteniyanı ayırd etmək olar. Birinci növ nevrasteniyanın əsas əlaməti yüksək zehni işdən sonra artıq dərəcədə yorğunluq şikayətləridir ki, bunlarda gündəlik işlərdə produktivliyin müəyyən qədər azalması ilə əlaqədardır. Əqli yorğunluq, xəstələrdə xoşagəlməz unutqallığın yaranması, yaddaşın azalması, diqqətin cəmlənməsinin mümkünsüzlüyünün və əqli fəaliyyətin qeyri-effektivliyin səbəbi olur. İkinci növ nevrasteniyada hətta minimal gərginlikdən sonra belə əzələ ağrısı hissiyatı və fiziki rahatlığın qeyri-mümkün olduğunu his elətdirir. Hər iki tip nevrasteniya xoşagəlməz duyğular, baş gicəllənmə, gərgin baş ağrıları kimi əlamətlərlə müşayiət olunur. Həmçinin əqli və fiziki qabilliyətinin azalmasına görə narahatçılıq, qıcıqlanma, sevinmə qabilliyətinin itirilməsi və zəif ifadə olunmuş depressiya və həyəcan kimi şikayətlərdir. Yuxu adətən başlanğıc və orta fazalarda pozulmuş olur, həmşinin yuxululuq artmış dərəcədədə ola bilər.
Nevrasteniya hər hansısa bir başqa psixi pozuntuya getirib cıxarda bilər. Adətən 55 yaşdan sonra nevrasteniyadan əziyyət çəkən pasientlərdə alsheymer xəstəliyi müşayiət olunur. Xəstəlikdən əziyyət çəkənlərdə daha çox emosionan pozulmalar müşahidə edilir. Məsuliyyət, əxlaq, humanistlik kimi sırf insani keyfiyyətlərin zəifləməsi müşayiət olunur. Əhval- ruhiyyə tez-tez dəyişir. Xəstələrdə qan təzyiqin, ürəkdöyünmələrin və bədən temperaturunun artmasıda müşahidə edilir. Küsəyənlik, ağlağanlıq, özündən narazılıq, tez ruhdan düşmələri, lakin tezdə özlərinə gəlmələri olur. Bu zaman beyin sistəminin normal fəaliyyətini dəyişdirir və bu, daxili orqanlarda funksional patologiyaya səbəb olur. Nevrasteniyalı şəxslər öz xəstəliklərini şişirdir, tez-tez müxtəlif tibbi müayinələrdən kəçməyə cəhd edirlər.
Nevrasteniyanıntəsnifatı
Nevrasteniyakliniknövlərə görə təsnifedilir:
Hipersteniknöv
Qıcıqlandırıcı zəiflik
Hiposteniknöv
Bunövlərnevrasteniyanınmərhələlərikimigöstərilə bilər.
Hiperstenik növün əlamətləri:
tez qıcıqlanma
emosional labillik
əsəbilik
oyanıqlıq
diqqət dağınıqlığı
yuxu və iştahın pozulması
daimi yorğunluq və zəiflik hissi
Qıcıqlandırıcı zəiflik-nevrasteniyanın ikinci mərhələsidir. Əsasən xolerik temperamenti olan şəxslərdə rast gəlinir. Bu xəstələr gur işıq və yüksək səslərə davamsızdılar. Baş ağrıların artması, küsəyənlik, özündən narazılıq və tez ruhdan düşmə kimi əlamətləri sadalamaq olar.
Hiposteniknövün əlamətləri:
daimi əzginlik
fiziki və psixi zəiflik
passivlik
maraqların olmaması
asteniya
Müalicə aşağdakı yollarla aparılır:
- medikamentoz müalicə
- rasional psixoterapiya
- autotrening
- kognetiv-davranış terapiyası
- ailədə mənəvi vəziyyətin düzəlməsi
Reyhan Mirzağayeva
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu